Azərbaycan Tibb Universiteti rezidentlərinin 9-cu Elmi-Təcrübi Konfransı keçiriləcək
12.04.2021 10:44
2021-ci ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Azərbaycan Tibb Universiteti rezidentlərinin 9-cu Elmi-Təcrübi Konfransı (ATUREK-9) keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, konfransda təbabətin aktual problemlərinə dair məruzələr dinləniləcək. Rezidentlər tibbin 57 ixtisas üzrə, magistrlar isə əczaçılığın 7 ixtisası üzrə müxtəlif sahələrini əhatə edən müasir bilikləri müzakirə edəcəklər.
 
Konfransın təşkilat komitəsi ölkə rezidentlərini tədbirdə iştirak etməyə, topluda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir. Konfransın materialları toplu şəklində dərc olunacaqdır.
 
Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcəkdir. Ən yaxşı elmi tədqiqat işləri məqalə şəklində çap üçün seçiləcək və müvafiq elmi işlərin rəhbərlərinə diplomlar veriləcəkdir.
 
Tezisin tərtibinə dair qaydalar:
 
- 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);
 
- Times New Roman 14 (AZ) şriftində;
 
-  Azərbaycan, rus və ya ingilis dilllərində;
 
Tezisin bəndləri və onların ardıcıllığı:
 
- Tezisin başlığı, müəllifləri və işin rəhbəri, tezis müəlliflərinin çalışdığı müəssisə;
 
- Açar sözlər;
 
- Giriş;
 
- Tədqiqatın məqsədi;
 
- Material və metodlar;
 
- Nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər).
 
Tezislər 30.04.2021-ci il tarixinə qədər Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinə (saat 9:30-dan 15:00-dək) təqdim edilməlidir.
 
Əlaqə nömrəsi: (+994 12) 597 44 83
 
Email: rezidenturaamu@gmail.com
 
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib