“Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsinin vebinarlarında 2 mindən çox tələbə və məzun iştirak edib
14.08.2020 20:33

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi uğurla yekunlaşıb.


Aztibb.az xəbər verir ki, təşkilatın sədri Rauf Vəliyevin sözlərinə görə, layihənin məqsədi rezidenturaya hazırlaşan tələbə və məzunlara dəstək vermək, pandemiya dönəmində onların hazırlıq səviyyələrini daha da yüksəltməkdən ibarət olub.

R.Vəliyev qeyd edib ki, yeni qəbul olunan qərara əsasən, bu il ATU-nun məzunları ilə yanaşı, IV və V kurs tibb tələbələri də rezidentura imtahanının baza fənləri mərhələsində iştirak hüququ qazanıblar: “Bu səbəbdən imtahanda iştirak edəcək şəxslərin sayı əvvəlki illərə nisbətən daha çox olub. Pandemiya ilə bağlı karantin rejiminə görə imtahanda iştirak edəcək namizədlərin hazırlıq prosesi tam başa çatmadığından onların imtahan hazırlığına dəstək olmaq çox önəmli idi. Odur ki, ATU, universitetin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə iyul-avqust aylarında “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi həyata keçirilib. Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların müvafiq fənlər üzrə ekspert müəllimlərlə vebinar formatında görüşləri təşkil olunub. Görüşlər zamanı fənn ekspertləri tərəfindən vacib mövzularla bağlı izahat verilib, iştirakçıların sualları cavablandırılıb".

Yeddi fənn üzrə keçirilən 11 vebinarda, ümumilikdə, 2 mindən çox tələbə və məzun iştirak edib. “Zoom” platforması ilə yanaşı, vebinarlar ATU Tələbə Gənclər Təşkilatının “Facebook” səhifəsində canlı yayımlanıb ki, bu da görüşlərin geniş izləyici kütləsinə çatdırılmasına şərait yaradıb. Sosial şəbəkə vasitəsilə vebinarlar 15 mindən çox istifadəçi tərəfindən izlənilib. Bir ay müddətində davam edən layihə çərçivəsində vebinarların təşkili ilə yanaşı, iştirakçılara imtahanla bağlı elektron vəsaitlər də çatdırılıb.

Təşkilat bundan sonra da tələbələr üçün faydalı olacaq layihə və tədbirlərin təşkili ilə məşğul olacaq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır