ATU-nun II Müalicə profilaktika fakültəsində yay semestri başlayıb
14.08.2020 11:53

Avqustun 4-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə profilaktika fakültəsində yay semestrinə start verilib.


Aztibb.az xəbər verir ki, fakültənin dekanı İsrail Məhərrəmbəylinin sözlərinə görə, yay semestrinin məqsədi tələbələrin müvəffəqiyyət qazandıqları fənlərdən qiymətlərinin artırılmasına imkan yaratmaqdır.


Yay semestrində tələbələr İnsan anatomiyası, Histologiya, Farmakologiya, Biofizika kimi fənlər üzrə hazırlaşırlar. Ümumilikdə 22 tələbə yay semestrində iştirak üçün müraciət edib. Onlardan 7-si iki fənn üzrə semestrə qatılıb.


Yay semestrinin təşkilinə, dərslərin nizam-intizamlı keçirilməsinə univeristet rəhbərliyi və fakültə dekanlığı tərəfindən ciddi nəzarət olunur.


İnsan anatomiyası və tibbi terminologiya kafedrasının baş müəllimləri Gülnarə Kərimzadə və Ülviyyə Cəfərova, Sitologiya, embriologiya və histologiya kafedrasından assistent Səbinə İsrafilova, Farmakologiya kafedrasından baş müəllim İlqar Tahirov, Bioloji kimya kafedrasından baş müəllim Xəyalə Məmmədova yay semestrinin tədrisinə cəlb olunublar.


Akademik təqvim üzrə yay semestrinin 4 avqust - 7 sentyabr tarixləri aralığında keçirilməsi nəzərdə tutulur. Sentyabrın 8, 9 və 11-də semestr iştirakçıları üçün onlayn imtahan sessiyası təşkil olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır