Şüyüdün möcüzəli təsirləri
11.03.2021 11:57

Şüyüdün tərkibi orqanizmə böyük faydası olan maddələrlə zəngindir. Onun tərkibində fosfor, kalium, maqnezium, kalsium və digər vitaminlər var.


Aztibb.az xəbər verir ki, dərman bitkisi kimi onun otu, toxumu, ondan alınan efir yağı da qiymətli müalicəvi təsirə malikdir. Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qaraciyər xəstəliyində, arterial təzyiqin artmasında, soyuqdəymədə, qarın ağrılarında, böyrək və sidik kisəsində olan daşların təmizlənməsində istifadə edirlər. Həmçinin şəklərli diabet zamanı şüyüddən qanda şəkərin miqdarını azaltmaq üçün istifadə edilir.

Şüyüd dezinfeksiya edən xüsusiyyətə malikdir. Tərkibindəki monoterpen orqanizmdə olan toksinlərə qarşı təmizləyici təsir göstərir. Onun yarpaq, gövdə, çiçəklərinin tərkibində kversetin, izoraninetin, kempferol, meyvəsindən kversetin flavonoidlərinin olduğu aşkar edilib.

 

2008-ci ildə İranın Biokimya və Biofizika institutu heyvanlar arasında apardığı araşdırmalara əsaslanaraq şüyüdün qanda xolesterolun miqdarını aşağı salmaq qabiliyyətinə malik olduğunu sübut edib.

 

Müalicə məqsədilə şüyüdün həm yarpağından, həm də toxumundan istifadə edilir. Soyuducuda şüyüd yarpaqlarını 3 gün müddətində saxlamaq olar. Quru və günəş olmayan yerdə qurudulan şüyüdün də istifadəsi çox faydalıdır. Müalicə məqsədilə şüyüdün dəmləməsindən istifadə etmək mümkündür. 

 

Şüyüddən boyun ostreoxondrozunun müalicəsində də istifadə olunur. Bunun üçün 200 qram şüyüdün üzərinə 250 ml 40%-li spirt əlavə edilib 2 həftə saxlanılır. Əldə edilən ekstraktdan gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir.

 

Bu reseptdən istifadə edərək xəstəlikdən azad olmaq və asanlıqla soyuq havalarda gəzmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev