Almaniyada azərbaycanlı gənc həkimlər üçün təqaüd ayrılacaq  
09.03.2021 09:50

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti azərbaycanlı gənclərə təqaüd ayıracaq.

 

Bu barədə təşkilatın sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

 

O, bildirib ki, pandemiyanın yaratdığı çətinliklər aradan qalxandan sonra təqaüdə rəsmi müraciət edilməsi üçün elan veriləcək:

“Azərbaycanlı gənc həkimlərin neyroradiologiya sahəsinə və insult xəstələrinin müalicəsinin Almaniyadakı təşkilinə marağını nəzərə alaraq Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri olaraq təşkilatımız adından bir neçə nəfərə təqaüd ayırmağı qərara aldıq. Onları Almaniyadakı neyroradiologiya sistemi ilə tanış olmaq üçün buraya gətirməyi düşünürük”.

 

N.Abdullayev qeyd edib ki, təqaüd üçün rezidentlər, gənc həkimlər və insult xəstəliyinin müalicəsi ilə məşğul olan digər ixtisas sahibləri müraciət edə biləcəklər.  Təqaüdə müraciətlərin ildə bir dəfə olacağı nəzərdə tutulur. Gələn şəxslərə Almaniyada elmi işlərdə birbaşa iştirak şansı da təklif ediləcək.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib