Antiviral bitkilərin öyrənilməsinə nə vaxtdan başlanılıb? - Tədqiqat  
12.08.2020 23:30

Dərman bitkilərinin tarixi yer üzündə bəşər sivilizasiyasının yaranmasına aiddir. Bunlardan bir neçəsi keçmişdə viral infeksiyaları müalicə etmək üçün istifadə olunub. Lakin antiviral olaraq onların inkişafına maraq ilk dəfə İngiltərənin "Boots narkotik" şirkətinin qrip əleyhinə istifadə üçün 288 bitki üzərində apardığı tədqiqatlar olub.

 

Bu barədə Aztibb.az-a açıqlamasında AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva məlumat verib.

 

Onun sözlərinə görə, daha sonra aparılan tədqiqatlar dərman bitkiləri ekstraktlarının bir neçə virusun replikasiyasına inhibe təsirini göstərib:

 

"Xüsusilə herpes simpleks virus növü 2 (HSV-2), HİV, hepatit B virusu (HBV), poksvirus və ağır kəskin tənəffüs sindromu (SARS) virusu ilə əlaqəli ortaya çıxan viral infeksiyalara müxtəlif bitki ekstraktları tərəfindən təsir göstərilib. Bu tədqiqatların əksəriyyəti dərman bitkilərinin ya sulu, ya da spirtli ekstraktlarından istifadə edilməklə həyata keçirilib və antiviral təsir göstərən aktiv təbii maddələrin müəyyənləşdirilməsinə məhdud səylər yönəldilib".

 

S.İbadullayeva qeyd edib ki, bitki ekstraktlarının antiviral təsiri ilə əlaqəli molekulyar mexanizmlər müxtəlif viruslar arasında fərqlənə bilər:

 

O, mürəkkəb bir immun sistemininə malik insan orqanizminin antiviral müdafiəsinin gücləndirməsi üçün bitki ekstraktından ümumi yollarla da istifadə edə biləcəyini vurğulayıb:

 

"Son dövrlərdə dünya alimləri bir sıra tədqiqatlar apararaq antiviral xüsusiyyətlərə malik olan bitki ekstraktlarının immunostimulyator xüsusiyyətlərini araşdırıb. Dərman  bitkisi kimi Apiaceae (=Umbelliferae) fəsiləsi nümayəndələrindən Kök (Daucus carota) və Baldırqan (Heracleum maksimum Bartr) ekstraktı bu sahədə sınaqdan keçirilib. Alimlər sübut edib ki, antifungal və antibakterial xüsusiyyətlərdən əlavə bu bitkilərin antiviral təsir göstərən, immunosimulyator xüsusiyyətləri ilə antiviral təsir birləşməsini təsdiqləyən Makrofajın aktivləşdirilməsi təhlili içərisində İnterleukin 6 (IL-6) istehsalını stimullaşdırır.

 

S.İbadullayeva bildirib ki, bu bitkilərin hər biri Azərbaycan florasınada geniş yayılır və dərman sənayesində asanlıqla tətbiq edilə bilər.

 

"İmmunomodulator təsiri ilə yanaşı, bitki ekstraktlarının başqa bir maraqlı nəticəsi isə geniş spektrli antiviral təbiətli olmalarıdır. Bu tək bir fitokimyəvi və ya bir sıra fərqli bitkilərdən alınmış bioloji fəal birləşmələrlə əlaqələndirilə bilər. Yonca- Trifollium növlərindən alınmış Secomet-V ekstraktı, insan papillomavirusu, Marburq, qrip, HİV, HBV və HCV kimi bir sıra yoluxucu viruslara qarşı antiviral təsir göstərir (Kotwal et al., 2005), kulturada geniş yayılan Pandanus amaryllifolius Roxb yarpaqlarının duzlu ekstraktından təcrid olunmuş Pandanın maddəsi HSV-1 və qrip virusu H1N1 qarşı antiviral effekt göstərdiyi sübut olunub", deyə - professor əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub