“Həyat Elmləri və Biotibb Jurnalı”nın yeni sayı nəşr olunub
11.08.2020 11:51

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəsmi orqanı olan “Həyat Elmləri və Biotibb Jurnalı”nın 2-ci (75) cildinin 1-ci nömrəsi çapdan çıxıb.


Yeni adı ilə işıq üzü görən jurnalda bütün məqalələr ingilis dilindədir. Nəşrin bu sayı görkəmli alim, Azərbaycanda milli fiziologiya məktəbinin yaradıcısı, akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr edilib.


Vəsaitdəki ilk məqalə AMEA-nın akad. A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova tərəfindən təqdim olunub və görkəmli alimin həyat və fəaliyyətini, elmi nailiyyətlərini əks etdirir.

 

Nəfis şəkildə çap olunmuş jurnala ümumilikdə AMEA-nın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan araşdırmaların nəticələrini özündə əks etdirən 20 məqalə daxil edilib.


Qeyd edək ki, respublikada həyat elmləri və biotibb sahələrində aparılan elmi-tədqiqat işlərinin nəticələrini daha geniş oxucu kütləsinə çatdırmaq, həmçinin nüfuzlu elmi bazalara daxil olmasını təmin etmək məqsədilə bu saydan etibarən jurnal yalnız ingilis dilində nəşr ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır