"Riyazi biologiya, bioinformatika" ixtisası üzrə ilk dissertasiya işinin müzakirəsi olub
19.02.2021 16:21

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın "Riyazi biologiya, bioinformatika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Bu, müvafiq ixtisas üzrə ilk dissertasiya işidir.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, dissertasiya işi laboratoriyanın müdiri, Böyük Britaniya Kembric şəhərinin Tibbi Araşdırmalar Mərkəzinin professoru Qərib Mürşüdovun rəhbərliyi altında yerinə yetirilib. “Zoom” platforması üzərindən keçirilən müzakirədə institutun elmi işçiləri ilə yanaşı, ABŞ-ın Birləşmiş Genom İnstitutu, Türkiyənin Akdeniz Universiteti, Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu, AMEA-nın müvafiq institutları və Bakı Dövlət Universitetinin alimləri iştirak ediblər.

 

Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev və ABŞ-ın Birləşmiş Genom İnstitutunun əməkdaşı, bioinformatika sahəsində dünyada tanınmış alim Asəf Salamov dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər.

 

Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, Tərlan Məmmədov və Xəlil Qasımov, biologiya elmləri doktorları, professorlar Səftər Süleymanov, İradə Əliyeva, Elimxan Cəfərov, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Vaqif Əmikişiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov dissertanta təklif və rəylərini bildiriblər.

 

Sonda R. Məsməliyevanın dissertasiya işinin açıq müzakirəyə çıxarılması məqsədilə "Riyazi biologiya, bioinformatika" ixtisası üzrə birdəfəlik Elmi şuranın təşkil olunmasına icazə verilməsi üçün Ali Attestasiya Komissiyasına müraciət olunması barədə qərar qəbul olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır