ATU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir  
04.02.2021 17:27

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Selçuk Universitetinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

 

Universitetin mətbuat xidmətindən bildiriblər ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışının əvvəlində 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib. Gəray Gəraybəyli Selçuk Universitetinin rektoru, professor Metin Aksoyu Azərbaycan Tibb Universitetinin adından yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycanda onu görməkdən məmnun olacağını bildirib.

 

Rektor ATU-nun bir çox universitetlərlə qarşılıqlı protokollar əsasında əməkdaşlıq etdiyini xatırladaraq Selçuk Universiteti ilə də belə bir sazişin olmasının vacibliyindən söz açıb. Qeyd edib ki, ATU və Selçuk Universiteti tədris, elm və bu kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmək potensialına malikdir. Həmçinin iki ali məktəb arasında tələbə, rezident və müəllim mübadiləsinin aparılması da önəmlidir. Professor G.Gəraybəyli bütün mümkün istiqamətlərdə ATU-nun əməkdaşlığa tam hazır olduğunu bildirib.

 

Selçuk Universitetinin rektoru, professor Metin Aksoy Türkiyə və Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərinin hər sahəyə sirayət etdiyini bildirib. İki universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa ehtiyac olduğunu hesab edən rektor M.Aksoy rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. O, Tibb Universitetinə hədiyyə edilən 30 tibb kitabını əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev isə universitetlər arasında əməkdaşlığın istiqamətləri, sazişə daxil ediləcək bəndlər haqqında ətraflı danışıb. Prorektor Tibb Universitetinin fakültələri, tədris proqramları, yeni açılan tibb bacısı və fizioterapist ixtisaslarının tədrisi haqqında da məlumat verib.

 

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxışında əməkdaşlığın vacibliyini qeyd edərək rezidentlərin mübadiləsi, tələbələrin ortaq proqramlara qoşulması kimi məsələlərin təşkili haqqında danışıb.

 

Görüşdə ATU və Selçuk Universiteti arasında imzalanacaq əməkdaşlıq sazişinin digər müddəaları da ətraflı müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır