Astma xəstələri üçün koronavirus nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
31.01.2021 10:33

Allergik xəstəlikləri olan insanlar infeksion xəstəliklərə, o cümlədən yuxarı tənəffüs yollarının infeksiyalarına az tutulur.

 

Bunu koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman Aztibb.az-a açıqlamasında deyib.

 

O, bildirib ki, allergik insanlarda immunitet normadan çox olduğuna görə virusa daha az yoluxurlar: “Təbii ki immunitet də infeksion xəstəliklərdən qoruyur. Astma da allergik xəstəliklər qrupuna aiddir. Astma xəstələrinin immuniteti təhrif olunmuş immunitetdir, normadan artıqdır. Buna görə də o şəxslərin koronavirusa yoluxma ehtimalı azdır. Yoluxduqda da çox yüngül keçirirlər”.

 

“Dünya alimlərinin fikrinə görə, belə xəstələr astma olduqlarına görə COVID tutarlarsa, daha ağır keçirə və ölə biləcəklərini düşünərək qorunma qaydalarına - şəxsi gigiyena, fərdi maskalardan istifadə və s. daha ciddi riayət edirlər. İnqalyasiya preparatlarının da istifadəsinin rolu var. Onlar həm iltihab əleyhinə təsir göstərir, həm də astma əleyhinə dərmanlar bronx genişləndirici effekt verir. Ona görə də COVID-19 zamanı yaranan ilkin iltihabın qarşısını ala bilirlər”, - deyə, həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama