İnfluenza 10 günə qədər yoluxucudur. Xəstəlik irəliləyərsə...
28.01.2023 17:08

İnfluenza (A) və ya donuz qripi uşaqların ən çox rastlaşdığı xəstəliklərdən biridir. 

 

Aztibb.az aksam.com.tr-yə istinadən xəbər verir ki, donuz qripi qapalı mühitlərdə asan yoluxma riski səbəbindən uşaqların ən çox rastlaşdığı xəstəliklərdəndir. 

 

Dr. Betül Sarıtaş bildirir ki, son zamanlar ani başlayan yüksək hərarət, boğaz ağrısı, burun axması və əzələ ağrıları kimi şikayətlərlə sıx müraciətlər olur. İnfluenza virusu ümumiyyətlə tənəffüs yolu ilə keçdiyi üçün yoluxma riski var. Uşaqlar üçün bu risk son dərəcə yüksəkdir. 

 

İnfluenza testi müsbət çıxan xəstələrdə ilk 48 saat ərzində antiviral müalicəyə başlanması məsləhətdir. 

 

İnfluenza virus infeksiyası olduğu üçün xüsusilə antibiotiklərdən istifadə edilmir. Xəstəlik irəliləyirsə və bakterial infeksiya əlavə olunarsa, antibiotiklərdən istifadə oluna bilər. Ona görə də ailələr həkimə müraciət etmədən antibiotikləri təsadüfi verməkdən mütləq çəkinməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev