100 qat bahalaşan koronavirus dərmanı ilə bağlı - Açıqlama
09.07.2020 19:01
"Koronavirus xəstəliyinin müalicəsində istifadə edilən "Favipiravir" dərmanı satışda yoxdur və yalnız ağır xəstələrin müalicəsində həkimin göstərişi ilə istifadə edilir".
 
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. Onun sözlərinə görə, bu dərmanı aptekdən alaraq xəstə özü sərbəst istifadə edə bilməz.
 
TƏBİB-in rəsmisi ölkədə dərman preparatlarının gətirilməsində çətinlik yaranması barədə iddiaları da cavablandırıb. R.Əliyeva bildirib ki, dünyada bu gün COVID-19-un müalicəsində effektiv hesab edilən bütün dərman vasitələri, o cümlədən "Favipiravir" Azərbaycana gətirilir. "Dərmanın qara bazarda satışı isə TƏBİB-in nəzarətində deyil. Çünki nəinki qara bazar, ümumiyyətlə apteklərdə satılan dərman vasitələri və s. qurumun səlahiyyətinə daxil deyil. TƏBİB yalnız xəstəxanaların dərman vasitələri ilə təchizatına cavabdehdir".
 
Xatırladaq ki, iqtisadçı ekspert Qubad İbadoğlu adıçəkilən virusla mübarizə üçün istifadə edilən "Favipiravir"nin ölkəmizdə olduqca az olduğunu, 30 həblik bir qutunun 50 manat olmasına baxmayaraq "qara bazar"da 5000 manata satıldığını deyib.
 
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər  
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma