Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri - SİYAHI
09.07.2020 16:22

27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.

 

Operativ Qərargahın həm də Tibbi bölməsi formalaşdırılıb. Tibbi Qərargaha “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı rəhbərlik edir. Brifinqlərdəki çıxışlarında da R.Bayramlı ölkədəki sanitar-epidemioloji vəziyyətin dəyərləndirilməsi və müvafiq qərarların qəbulu üçün təkliflərin məhz Tibbi Qərargah tərəfindən hazırlandığını diqqətə çatdırıb.

 

Qərarlar məhz Operativ Qərargah üzvləri tərəfindən müzakirə olunduqdan, Baş nazir tərəfindən təsdiqləndikdən sonra tətbiq edilir.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvlərinin siyahısı:


Baş Nazir Əli Əsədov

Baş Nazirin birinci müavini Yaqub Eyyubov

Baş Nazirin müavini Əli Əhmədov

Baş Nazirin müavini Şahin Mustafayev

Daxili İşlər naziri Vilayət Eyvazov

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

Energetika naziri Pərviz Şahbazov

Ədliyyə naziri Fikrət Məmmədov

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov

Gənclər və İdman naziri Azad Rəhimov

Xarici İşlər naziri Elmar Məmmədyarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Kənd Təsərrüfatı naziri İnam Kərimov

Maliyyə naziri Samir Şərifov

Müdafiə naziri Zakir Həsənov

Müdafiə Sənayesi naziri Mədət Quliyev

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

Səhiyyə naziri Oqtay Şirəliyev

Təhsil naziri Ceyhun Bayramov

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar  Muradova 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Ölkəmiz İspaniyada keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində təmsil olunub
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub