Penisilin kəşf olunanadək vərəmin müalicəsində geniş istifadə edilən - Mahmızçiçək
08.01.2021 15:45

Mahmızçiçək təbiətdə geniş yayılan və xalq təbabətində dərman vasitəsi kimi istifadə olunan bitkidir. Sümük bitişməsini sürətləndirmək, oynaqlarda və onurğada olan ağrıları azaltmaq xüsusiyyəti ilə seçilir.

 

Aztibb.az xarici mənbələrə istinadla xəbər verir ki, qədim Tibet əlyazmalarında mahmızçiçək haqqında ilk qeydlərə rast gəlinir və uzun əsrlər boyu Çin təbabətində ondan istifadə olunub.

 

Müasir tibbin əsasını qoyanlardan biri olan İbn Sina bu bitkidən qırıqlar, bel və oynaq ağrılarının müalicəsində istifadə edirmiş. Penisilin kəşf olunana qədər vərəmin müalicəsində mahmızçiçəkdən geniş istifadə edilirdi.

 

Bitkinin yerüstü hissəsi zəhərli olduğuna görə müalicə məqsədilə kök və kökümsovlarından istifadə edilir. Onun bişirməsi antimikrob, büzücü, qankəsici və iltihab əleyhinə təsir göstərir, toxumaların epitelizasyasını yaxşılaşdırır. Mahmızçiçək tənəffüs yolları xəstəlikləri, öskürək, ishal, yanıqlar, bağların dartılması, əzələ və oynaqların travmatik zədələnməsi və kliniki stomatologiyada parodontozun müalicəsində tətbiq olunur. Bundan başqa orqanizmi tonuslandırır, spazmolitik olduğundan arterial təzyiqi aşağı salır, həzmi yaxşılaşdırır.

 

Mahmızçiçəyin yerüstü hissəsində sinir sistemini iflic edən zəhərli maddələr olduğuna görə bitkidən çox ehtiyatla istifadə etmək lazımdır, hamilə qadınların ondan istifadə etməsi isə qəti qadağandır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama