Plastik əməliyyatlar təkcə gözəl görünüş üçün deyil..” - Azərbaycanda bir İLKƏ imza atan estetik cərrah
05.01.2021 19:00

Bu gün ölkəmizdə ən çox icra olunan əməliyyatların sırasında estetik əməliyyatlar ön sıralarda gəlir. Estetik əməliyyat deyən kimi ağla gələn ilk şey qadının gözəl görünüşü, üz və bədən nahiyəsindəki qüsurların aradan qaldırılması proseduru olur. Lakin bu, belə deyil. Minlərlə xəstəlik və digər problemlər var ki, kişilərin, uşaqların, yaşlı insanların da xarici görünüşü ilə bağlı kompleks yaşamasına, hətta ciddi narahatlıqlara səbəb ola bilər. Bax bu zaman plastik əməliyyatlar qaçılmaz olur.

 

Modern Hospitalın plastik, rekonstruktiv və estetik cərrahı Dr. Ruslan Rəsul bu məsələlər ətrafında Aztibb.az-ın suallarını cavablandırıb.

 

- Doktor, müasir dövrümüzdə plastik cərrahiyyənin, estetik əməliyyatların önəmi nədədir?

 

- Estetik əməliyyat insanın öz görünüşündəki problemləri aradan qaldıraraq özünü daha xoşbəxt, inamlı hiss etməsinə kömək edir. Əlbəttə ki, xoşbəxtlik və özünə inam yalnız estetik gözəlliklə əlaqəli deyil, lakin çox vacib amillərdən biridir.

 

- Plastik əməliyyat etdirmək üçün müraciət edənlər daha çox xanımlardır? Və əsasən hansı yaş kateqoriyasından olan insanlardır?

 

- Plastik cərrahiyyə ilə bağlı xanımlarla yanaşı, kişilər də müraciət edir. Amma təbii ki, üstünlük xanımlardadır. Əvvəllər xanımların estetik əməliyyat üçün müraciəti kişilərlə müqayisədə hədsiz çox idi. Lakin son 3 ildə əməliyyat olunan xanımlar 55%, kişilər isə 45% təşkil edir. Yaş məsələsinə gəldikdə isə, daha çox 25-60 yaş arası qadınlar estetik əməliyyata ehtiyac duyub bizə müraciət edirlər.

 

- Maraqlıdır, kişilər daha çox hansı əməliyyatlara ehtiyac duyurlar?

 

- Kişilərin ən çox müraciət etdiyi əməliyyatlara ginekomastiya, rinoplastika, otoplastika, blefaroplastika, üzgərmə, lipoabdominoplastika və s. misal göstərmək olar.

 

- Bəs qadınlar?

 

- Qadınlar ən çox mammoplastika, abdominoplastika, rinoplastika, blefaroplastika və s. üçün müraciət edirlər.

 

- Mümkünsə, yaş məsələsinə yenidən qayıdaq. Estetik əməliyyat etdirmək üçün ən uyğun yaş hansıdır? Yaşın sağalma prosesinə və ya əməliyyatın uğurlu alınmasına təsiri necədir?

 

- Özünü gözəlləşdirmək, özgüvənini əldə etmək istəyən istənilən yaşda olan xanımlar bizə müraciət edə bilər. Məlumdur ki, pasiyent ilk növbədə müayinə olunur, sonra ona istədiyi əməliyyatın mümkün olub-olmaması ilə bağlı məlumat verilir. Yaranın sağalması üçün isə yaşın önəmi yoxdur. Əsas məsələ orqanizmin tez reaksiya verməsidir. Pasiyent var ki, 60 yaşındadır və yarası 10 günə sağalır. Pasiyent də var ki, 30 yaşında olsa da 20 gündən tez sağalma əldə edə bilmir.

 

- Aydındır, həkim. “Hər gözəlin bir eybi var” deyiblər. Xanımlarımız arasında bir deyil, bir neçə əməliyyat üçün birdən müraciət edənlər var?

 

- Bəli, bununla bağlı “kombin əməliyyat” anlayışı var, bir pasiyent üzərində bir gündə 3-4, hətta 5-6 əməliyyat həyata keçirmək olur. Əlbəttə bunun üçün pasiyent ilk növbədə bir çox müayinlərdən keçir və kombin əməliyyatın icrasının mümkünlüyü yalnız müəyyən analizlərin cavabı əldə ediləndən sonra dəqiqləşir.  Azərbaycanda ilk dəfə 10 saatlıq bir əməliyyat icra etmişəm. 54 yaşlı pasiyentdə  bir gündə 6 əməliyyat icra olunub. Gövdə, yuxarı və aşağı ətraflarla bağlı əməliyyatlarda daha çox bu kombin əməliyyatın yolu izlənilir.

 

- Bu estetik əməliyyatlar yalnız gözəlliyə və xarici görünüşə xidmət edir?

 

- Xeyr, elə estetik əməliyyatlar var ki, onun əsas məqsədi birinci növbədə xəstəni sağlamlığına qovuşdurmaq, ondan sonra isə gözəl görünüşünü təmin etməkdir. Məsələn, qadınlarda “fartuk” dedikləri qarın sallanmaları olur. Hansı ki, zamanında müdaxilə olunub götürülməzsə, gələcəkdə qadının sağlamlığı üçün müxtəlif fəsadların yaranmasına səbəb ola bilər. Yəni, plastik əməliyyatlar təkcə gözəl görünüş üçün deyil, həm də sağlamlıq üçün vacibdir.

 

- Ruslan doktor, demək ki, plastik cərraha müraciət etmək bəzən məcburiyyətə çevrilə bilər. Bəs dodaq, sinə və digər hissələrin gel və ya silikonla şişirdilməsi insan sağlamlığı üçün təhlükəlidirmi?

 

- Belə deyim, öz görünüşündən razı olmayan və bunu kompleksə çevirib bir an belə ağlından çıxarmayan qadınların psixoloji durumu daha təhlükəli ola bilər. Onu da qeyd edim ki, biz silikonlardan tez-tez süd vəzi və sağrı nahiyəsi əməliyyatlarında istifadə edirik. Süd vəzilərində yaranan assimetriya, ptoz və hipertrofik sallanma zamanı silikon mütləqdir. Bu silikonlar - yəni implantlar müxtəlif ölkələrdə istehsal edilir. Biz Amerika, Almaniya, Fransa kimi öncül ölkələrin istehsal etdiyi implantlara müraciət edirik və istifadədən öncə onların hər biri yoxlanışlardan keçir. Azərbaycanda indiyə kimi pasiyentlərə qoyulan implantlarla bağlı narazılıq olmayıb.

 

- Bayaq söhbətimiz zamanı Azərbaycanda bir ilkə imza atdığınızı bildirdiniz. Səhv etmirəmsə, süd vəziləri üzərində icra etdiyiniz yeni dikləşdirmə üsullu bir əməliyyatdan söz gedir?

 

- Bəli, 2017-ci ildə süd vəzi dikləşdirmə əməliyyatında yeni bir əməliyyat texnikası üzərində araşdırma aparmağı qərara aldım və bu texniki üsulu Türkiyədə kadavara üzərində işlədim. Bu üsulu Azərbaycanda bir çox pasiyentlər üzərində icra etdim, çox böyük uğurlarım oldu. Və bu əməliyyat texnikasını Türkiyədə icra etmək üçün Ankara Şəhər xəstəxanasına müraciət etdim. Oradan müsbət cavab gəldikdən sonra 2019-cu ildə Türkiyənin Ankara Şəhər Xəstəxanasının plastik cərrahı, professor Erol Hoca ilə birlikdə 4 pasiyent üzərində bu texnik üsulu icra etdik və çox uğurlu nəticələr əldə etdik. Gələcəkdə də bu üsulun inkişafı və əhatə dairəsinin genişlənmməsi məqsədilə bir sıra addımlar atmağı planlaşdırırıq.

 

- Bəs bu üsulun fərqi və özəlliyi nədir?

 

- Əvvəlki üsullardan fərqli olaraq, bu üsulda süd vəzi və ətraf toxumalar öz yerində qalır. Bu üsulla icra olunan əməliyyatların əsas xüsusiyyəti yara nahiyəsinin tez sağalması, ən əsası da ağrının cüzi olmasıdır. Bu texniki üsul ilə icra olunan əməliyyat hər pasiyent üzərində tətbiq oluna bilməz. Yalnız çəkisi 400-800 qr. aralığında olan süd vəzilərində tətbiq edilə bilər. Bu üsulda önəmli nüans implant istifadə etmədən süd vəzilərinin dikləşdirilməsidir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq