İnfeksiyalara yoluxma nəticəsində gözlərdə müxtəlif xəstəliklər yarana bilər
14.12.2020 12:36

Soyuq havalarda immunitet zəifləməsi nəticəsində bədənin həssas orqanı olan gözlər narahat olur və qızartı, qaşınma, sulanma, iltihab və şişkinlik kimi əlamətlər yaranır.

 

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədovanın AZƏRTAC-a dediyinə görə, gözlərdə belə hallar daha çox payız-qış aylarında fəallaşan infeksiyalarla əlaqədardır: “Yaranan həmin əlamətlər müxtəlif infeksiyalara yoluxma nəticəsində baş verə bilər. Virus, bakterial və göbələk mənşəli infeksiyalar həmin xəstəliklərin yaranmasına səbəb olur. Xüsusən də payız-qış aylarında mövsümü qriplərin törətdiyi virus konyuktivitlər zamanı xəstələrdə həmin şikayətlər müşahidə oluna bilər”.

 

Həkim-oftalmoloq qeyd edib ki, gözlərin gigiyenasına da xüsusi diqqət yetirmək, nəmləndirici göz damcılarından istifadə etmək lazımdır. Eyni zamanda, təkcə günəşli havalarda deyil, soyuq havalarda da şüalara qarşı qoruyucu eynəklərdən istifadə edilməlidir: “Gözlərdə mövsümü qriplərin törətdiyi fəsadlara daha çox rast gəlinir. Xəstələrdə olan həmin fəsadlar gözdə qızartı, qaşınma, sulanma, şişkinlik kimi əlamətlərlə büruzə verə bilər. Şəxsi gigiyena qaydalarına riayət etməyənlərlə təması məhdudlaşdırmaq və xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət etmək məsləhətdir. Xəstəliyə yoluxmanın qarşısını almaq üçün əllərin tez-tez yuyulması, şəxsi gigiyena qaydalarına riayət olunması, əllərin gözə, üzə və buruna toxunmasının qarşısı alınmalıdır”.

 

Soyuq hava göz ətrafındakı damarların daralmasına da səbəb ola bilər. Göz infeksiyaları keçici olduğu üçün həmin xəstələrin dəsmal, kosmetik və digər vasitələrindən istifadə etmək olmaz.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Unudulduğu düşünülən qızılca yenidən yayılma təhlükəsi yaradır
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı