Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
30.11.2020 14:09

Koronavirus (COVID-19) dünyanı narahat edən bir nömrəli məsələ olaraq qalmaqdadır. Dünya ölkələri zaman-zaman sərtləşdirici tədbirlər tətbiq edir və koronavirus infeksiyası ilə mübarizədə hər hansı nəticə əldə etməyə çalışır. Onu da qeyd etmək istəyirəm ki, COVID-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilməsindən 10 aya yaxın bir zaman keçməsinə baxmayaraq, dünya səhiyyəsi bu virus qarşısında hələ ki, acizdir.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, bir çox ölkələr koronavirusa qarşı peyvənd tapdığını açıqlasa da ümumi dövriyyəyə buraxılacaq və uzunmüddətli imunitetə hesablanmış vaksin hələ də ortada yoxdur:

 

“Həm də koronavirusa qarşı mübarizədə sübut olunmuş konkret təsiri olan müalicəvi dərman preparatının da olmaması ümumi işi çətinləşdirib.

 

Təəssüf ki, COVID-19 infeksiyası son günlər ölkəmizdə də böyük sürətlə yayılır. Ordumuzun Vətən Müharibəsindəki qələbəsi koronavirusu ikinci plana çəkdi. Qələbə günlərində kütləvi tədbirlərin təşkil olunması, yas mərasimlərdəki kütləvilik və insanların qoruyucu vasitələrdən düzgün istifadə etməməsi koronavirus infeksiyasına yoluxmanın yenidən çoxalmasına imkan yaratdı.

 

Son 15 günün dinamikasına diqqət yetirsək, gündəlik yoluxanların sayının 2000-dən 4200-ə qədər artdığını müşahidə edirik. Bu xəstəlikdən gündəlik ölüm sayı da 40 nəfərə çatmaqdadır. Ümumi aktiv xəstələrin sayı isə 43158 min nəfərə çatıb ki, bu da həyəcan təbilini çalmağı zəruri edib. Ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış çarpayı sayına diqqət yetirsək, yoluxmaların dinamikası belə davam edəcəyi təqdirdə səhiyyəmizin bu gözəgörünməz düşmən qarşısında aciz qalacağını demək heç də çətin deyil.

 

Bunun baş verməməsi üçün birinci növbədə, hamının hər yerdə tibbi maskadan istifadə etməsi zəruridir. Sosial məsafə və dezinfeksiya vasitələrindən effektiv istifadə etməklə bu artım dinamikasını azaltmaq mümkündür. Əks halda hökumət yenidən sərtləşdirici tədbirləri tətbiq etməyə məcbur olacaq. Sərtləşdirici tədbirlər deyiləndə evdən çıxmaq qadağası, iş yerlərinin müvəqqəti bağlanması və digər qadağalardır ki, bu da insanlara müəyyən psixoloji və maddi çətinliklər yaradır.

 

Koronavirus infeksiyasına yoluxmalarda yenidən kəskin artım olacağı təqdirdə qeyd etdiyim qadağaların tətbiqi qaçılmaz olacaq. Bunun baş verməməsi üçün bütün insanlar özlərini daha məsuliyyətli aparmalı, həmrəylik göstərməli, hamılıqla hər yerdə bu mübarizəyə qoşulmalı və dövlətə effektiv nəticələrin əldə olunmasına dəstək göstərməlidir. "Biz birlikdə güclüyük" şüarı bu gün həmişəkindən daha çox aktualdır və bu mübarizədə böyük birlik nümayiş etdirəcəyimiz təqdirdə qalib gələ bilərik”.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib