“Qısa Kimya Ensiklopediyası” kitabının təqdimatı keçirilib
30.11.2020 11:47

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda qurumun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Qısa Kimya Ensiklopediyası” kitabının təqdimatı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifin uzunmüddətli elmi fəaliyyətinə qısa nəzər salıb. “Bayram Rzayev kimya elmi sahəsində geniş dünyagörüşünə malikdir”, - deyən alim tədqiqatçının indiyə qədər 40-dan artıq kitab və monoqrafiyasının nəşr olunduğunu bildirib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə çap olunmuş kitabın nəfis tərtibatına diqqəti çəkən bölmə sədri bildirib ki, əsər nəinki kimyaçılar, həmçinin bu elmə maraq göstərən hər kəs üçün olduqca faydalı nəşrdir.

 

Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək kimya elmi ilə bağlı Azərbaycan dilində ensiklopediyanın nəşrini yüksək qiymətləndirib, kitabın gənc kimyaçıların formalaşmasında mühüm rol oynayacağını, gələcək nəsillərdə bu elmə marağı artıracağına inamını ifadə edib. 

 

Daha sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Akif Əliyev kitabdakı fəsillər, bəhs olunan mövzularla bağlı ətraflı məlumat verib. Bütün mətnlərin çox sadə və anlaşıqlı dillə ifadə edildiyini vurğulayan alim qeyd edib ki, kitab, həmçinin ali və orta ixtisas müəssisələrində kimya fənninin tədrisində dərslik kimi də istifadə oluna bilər.

 

Sonda kitabın müəllifi kimya elmləri doktoru Bayram Rzayev ona göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır