Payızın sonu və qışın əvvəlində yuxululuq niyə artır?
24.11.2026 11:06

Payızın sonu və qışın əvvəlində gün ərzində yuxululuq, halsızlıq və səhərlər oyanmaqda çətinlik daha çox müşahidə olunur.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən xəbər verir ki, qısa gündüz saatları, soyuq hava və həyat tərzindəki dəyişikliklər orqanizmin bioloji ritminə təsir edərək yorğunluğu artıra bilər.

Psixoloq Natalya Lebakinanın sözlərinə görə, gün işığının azalması yuxu və oyaqlıq dövrünü tənzimləyən melatonin hormonunun ifrazına təsir göstərir. Bundan əlavə, soyuq havalarda fiziki aktivliyin azalması, günəş işığından az istifadə və qapalı məkanlarda daha çox vaxt keçirmək də halsızlığı gücləndirir.

Mövsümi yorğunluqla mübarizə üçün tövsiyələr:


- Gün ərzində, xüsusilə işıqlı saatlarda 30–40 dəqiqə açıq havada gəzin.
- Hər gün eyni saatda yatıb oyanmağa çalışın.
- Fiziki aktivliyi qoruyun, yüngül idman və səhər gimnastikası edin.
- Qidalanmaya diqqət yetirin, tərəvəz, balıq, qoz-fındıq və tam taxıllı məhsullara üstünlük verin.
- Kifayət qədər su qəbul edin və yaşadığınız, işlədiyiniz məkanları mütəmadi havalandırın.
- Dostlarla görüşmək, hobbilərlə məşğul olmaq və xoş emosiyalar yaradan fəaliyyətlərə vaxt ayırın.
Hansı hallarda mütəxəssisə müraciət etmək lazımdır?

Əgər ruh düşkünlüyü iki həftədən çox davam edirsə, əvvəlki maraqlar itirsə, yuxusuzluq və ya 10 saatdan çox yatmağa baxmayaraq yorğunluq müşahidə olunursa, mütəxəssisə müraciət etmək tövsiyə edilir.

İştah və çəkidə nəzərəçarpan dəyişikliklər, səbəbsiz ağlama və özünü dəyərsiz hiss etmə də diqqət tələb edən əlamətlərdir. Bu hallar mövsümi affektiv pozuntu və ya depressiya ilə əlaqəli ola bilər.

Psixoloq vurğulayır ki, davamlı yorğunluğu yalnız hava şəraiti ilə əlaqələndirmək və öz-özünə keçməsini gözləmək düzgün deyil. Belə hallarda psixoloq və zərurət olduqda həkim dəstəyi almaq vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib