ATU-da “Uşaqlarda anorektal malformasiyalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək  
09.11.2026 13:17
2026-cı il noyabrın 21-də Azərbaycan Tibb Universitetində (ATU) “Uşaqlarda anorektal malformasiyalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.
 
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, simpozium uşaqlarda anorektal malformasiyaların diaqnostikası, cərrahi müalicəsi və uzunmüddətli müalicə nəticələrinin yaxşılaşdırılması istiqamətində müasir elmi nailiyyətlərin, beynəlxalq təcrübənin və qabaqcıl klinik yanaşmaların müzakirəsi məqsədi daşıyır.
 
Tədbir çərçivəsində uşaq cərrahiyyəsi və tibbin digər əlaqəli sahələrində fəaliyyət göstərən yerli və dəvət olunmuş mütəxəssislər son elmi yeniliklər, müasir müalicə metodları və klinik təcrübələri barədə məruzələrlə çıxış edəcəklər.
 
Simpoziumun əsas vəzifələri sırasında Azərbaycanda uşaq cərrahiyyəsinin tarixi inkişafı, mövcud vəziyyəti və gələcək perspektivləri barədə iştirakçıların məlumatlandırılması, onların elmi və praktiki biliklərinin artırılması, müasir diaqnostik və cərrahi yanaşmaların tətbiqinin təşviqi xüsusi yer tutur.
 
Bundan əlavə, müalicə nəticələrinin yaxşılaşdırılması, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi və müxtəlif ixtisaslar üzrə mütəxəssislər arasında multidissiplinar əməkdaşlığın gücləndirilməsi də tədbirin prioritet istiqamətlərindəndir.
 
Qeyd edək ki, simpozium uşaq cərrahiyyəsi, cərrahiyyə, urologiya, pediatriya, ginekologiya, neonatologiya, genetika, neyrocərrahiyyə və reabilitasiya ixtisasları üzrə Səhiyyə Nazirliyində akkreditasiyadan keçib. Tədbir iştirakçıları üçün 9 Davamlı Tibbi Təhsil (DTT) krediti təsdiq edilib.
 
Tədbirin keçiriləcəyi məkan: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, AKT zalı, -1-ci mərtəbə.
 
 
Əlaqə üçün: +994558784680 (Xatirə Rəhimova)
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə