Şəki RMX-da “Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar” mövzusunda seminar keçirilib
27.11.2026 14:17
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında “Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar” mövzusunda seminar keçirilib.
 
Şəki RMX-dan Aztibb.az-a bildirilib ki, tədbirin açılışında çıxış edən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Günel Xəlilova seminarın mövzusunun böyük əhəmiyyət kəsb etdiyini bildirərək tədbirin işinə uğurlar arzulayıb.
 
Daha sonra Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov “Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsinin təkmilləşdirilməsində dövlət səhiyyə qurumları ilə birgə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının rolu”, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpə ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri Təranə Rəcəbli “Müalicənin gedişatında itirilmiş fürsətlər”, Sumqayıt Perinatal Mərkəzinin Yenidoğulmuşların intensiv terapiya şöbəsinin müdiri Yeganə Ağayeva “Yenidoğulmuşlarda qanaxmalar”, mama-ginekoloq Fidan Cabbarlı “Zahılıq dövrü qanaxmaları — ölümlə nəticələnməyən kritik hal nümunəsi”, Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu Ələmdar Cəfərzadə isə “Von Villebrand xəstəliyinin müasir müalicəsi və profilaktikası” mövzularında çıxış ediblər.
 
Tədbir çərçivəsində həkimlər arasında təcrübə mübadiləsi aparılıb, beynəlxalq protokollara əsasən pasiyentlərin müalicəsində yeni yanaşmalar müzakirə olunub.
 
Bu kimi elmi-praktik tədbirlər tibb işçilərinin bilik və bacarıqlarının artırılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ana-uşaq sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər