Naxçıvanda “Multimorbid xəstəliklərin idarə olunması” mövzusunda həkimlər üçün kurs təşkil olunur  
24.11.2026 15:14
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Təhsili İnstitutu tərəfindən Naxçıvan şəhərində “Multimorbid xəstəliklərin idarə olunması” mövzusunda sertifikasiyaönü təlim kursu təşkil edilib.
 
Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.
 
Bildirilib ki, 23 noyabr – 04 dekabr 2026-cı il tarixlərini əhatə edən kursda Naxçıvandan olan 53 nəfər həkim – terapevt, ailə həkimi, endokrinoloq, qastroenteroloq, revmatoloq və kardioloq iştirak edir.
Kursun tədrisi Azərbaycan Respublikası Səhiyyə Təhsili İnstitutunun Terapiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Gülüstan Babayeva tərəfindən keçirilir.
 
Kursun əsas məqsədi müxtəlif yanaşı xəstəliklərin kompleks idarə olunması, müasir diaqnostika və müalicə yanaşmaları üzrə həkimlərin bilik və peşəkar bacarıqlarının artırılmasıdır.
 
Kursun ümumi tədris yükü 60 DTT kreditindən ibarətdir.
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib