Təcrübəli terapevt Sübhan Kərimov - "Həkimlərimizi tanıyaq!" rubrikası
24.11.2026 14:47

"Həkimlərimizi tanıyaq!" rubrikamızın bu dəfəki qonağı Kərimov Sübhan Süleyman oğludur.

 

İnsan sağlamlığının keşiyində dayanmaq, həyatını insanların sağlamlığına həsr etmək böyük məsuliyyət, fədakarlıq və peşəkarlıq tələb edir. Sübhan Kərimov bu şərəfli və məsuliyyətli missiyanı uzun illərdir davam etdirir.


O, 13 fevral 1961-ci ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub və 1984-cü ildə ali təhsilini uğurla tamamlayıb.

 

Sübhan Kərimov 1985–1986-cı illərdə Abbas Səhhət adına 1 nömrəli Gəncə Şəhər Xəstəxanasında internatura keçərək həkimlik fəaliyyətinə hazırlaşıb.

1987-ci ilin avqust ayından Tovuz Rayon Xəstəxanasının reanimasiya şöbəsində həkim-reanimatoloq kimi fəaliyyətə başlayıb. 1991-ci ilin avqust ayından etibarən isə Tovuz rayonunun Ağdam kəndində həkim kimi çalışaraq insanların sağlamlığının qorunmasına xidmət edir.


Həkimlik yalnız bir peşə deyil, həm də insan həyatına verilən dəyərin, mərhəmətin və fədakarlığın təcəssümüdür. Uzun illər ərzində qazandığı təcrübə və tibb sahəsinə həsr etdiyi əmək yolu Sübhan həkimin peşəkar fəaliyyətinin əsas göstəricilərindəndir.

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib