Hollandiyalı nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
20.11.2026 08:26

Hollandiyadan olan nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində səfərdə olub.

Aztibb.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qastroenterologiya və Hepatologiya Laboratoriyasının rəhbəri Prof. Dr. Maykel Petrus Peppelensbos, beynəlxalq əlaqələr üzrə böyük məsləhətçi Dr. Raul Tan və elmi işçi, Mərkəzi Asiya üzrə layihə koordinatoru Ruslan Məmmədov yer alıblar.

Qonaqlar Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru dos. dr. Asiman Həsənovla görüşüblər. Görüşdə qonaqlara mərkəzin fəaliyyəti, təqdim olunan tibbi xidmətlər, eləcə də müasir texnoloji infrastrukturu barədə ətraflı məlumat verilib. Tərəflər müasir tibbi texnologiyaların tətbiqi, elmi-tədqiqat və klinik sahələrdə təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti mərkəzin müxtəlif şöbələri, müasir standartlara uyğun əməliyyatxana bloku və diaqnostik imkanları ilə tanış olub. Qonaqlara tibb müəssisəsində yaradılmış şərait, yüksək texnoloji avadanlıqlar və tibbi xidmətlərin təşkili barədə məlumat təqdim edilib.

Daha sonra nümayəndə heyəti İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzini ziyarət edib. Burada qonaqlar simulyasiya əsaslı tibbi təhsil sistemi, praktik bacarıqların inkişafı üçün yaradılmış imkanlar və tətbiq olunan innovativ tədris metodları ilə tanış olublar.

Səfər zamanı keçirilən görüş və tanışlıq proqramı beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tibb və elmi sahələrdə təcrübə mübadiləsinin təşviqi, həmçinin gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub