Akademik Gennadi Onişşenko: Uşaqlarda piylənmənin başlıca səbəbləri həddindən artıq qidalanma və fastfud istehlakıdır
19.11.2026 11:55

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiyanın əməkdar həkimi Gennadi Onişşenkonun sözlərinə görə, uşaqlarda piylənmənin iki əsas səbəbi var. Birinci səbəb uşağın qida vasitəsilə qəbul etdiyi enerjinin orqanizmin sərf etdiyindən çox olmasıdır. Artıq enerji isə orqanizmdə piy şəklində toplanır. İkinci səbəb qidalanma rejiminin pozulmasıdır. Əksər hallarda həddindən artıq qida qəbulu günortaüstü ara yeməyi və axşam yeməyi zamanı baş verir. Gün ərzində tez-tez qəlyanaltı etmək də bu prosesə təsir göstərir.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, akademik fastfudun qazandırdığı ən böyük problemə toxunub.

 

"Biz genetik olaraq formalaşmış qidalanma mədəniyyətimizi – səhər yeməyi, nahar və şam yeməyi rejimini pozmuşuq”, – deyə Onişşenkonun sözlərini nəşr sitat gətirib.

Akademik uşaqların gündəlik qidalanma vərdişləri ilə bağlı konkret nümunə də çəkib. Onun təsvir etdiyi mənzərəyə görə, uşaq küçədə gedərkən əllərini yumadan qəhvəyi kağız paketdə satılan qızardılmış kartofdan yeyir. Beləliklə, ara yeməklər normal qida qəbulunu əvəz edir, bununla yanaşı, düzgün qidalanma mədəniyyəti də tədricən arxa plana keçir.

Gennadi Onişşenko problemin həllini, ilk növbədə, düzgün qidalanma vərdişlərinin uşaqlıqdan formalaşdırılmasında görür. Onun fikrincə, həyatın ilk illərində qazanılan vərdişlər insanı ömrü boyu müşayiət edir. Buna görə də uşaqlara yalnız qadağalar qoymaq deyil, onlara sağlam qidalanma prinsiplərini izah etmək və şəxsi nümunə göstərmək vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər orqanizmin regenerasiya qabiliyyətini yenidən aktivləşdirməyə çalışırlar