ABŞ-da 830 uşaq üzərində aparılan geniş klinik araşdırma gümüş diammin flüoridin (SDF) xüsusilə azyaşlı uşaqlarda diş çürüməsinin inkişafını dayandırmaqda effektiv olduğunu göstərib.
Aztibb.az "AMA Pediatrics" jurnalına istinadən xəbər verir ki, stomatoloq tərəfindən kiçik fırça vasitəsilə cəmi bir neçə saniyə ərzində tətbiq edilən bu məhlulun tərkibindəki gümüş çürüməyə səbəb olan bakteriyalarla mübarizə aparır, flüor isə diş minasının möhkəmlənməsinə kömək edir.
Araşdırmada SDF tətbiq olunan dişlərdə çürümənin dayandırılması göstəricisi 54 faiz təşkil edib. Üstəlik, bu üsul azyaşlı uşaqlarda plomb və anesteziya ehtiyacını azaltmağa imkan verən mühüm alternativ hesab olunur.
Lakin metodun əhəmiyyətli bir çatışmazlığı var. Məhlul tətbiq edilən çürük sahə qalıcı olaraq qara rəngə çevrilir.
Uşaq stomatologiyası sahəsində ümidverici hesab olunan bu yanaşma profilaktik stomatologiyanın əhəmiyyətini bir daha ön plana çıxarır.

