Cari ilin 9 ayında vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə 276 tibbi xidmət göstərilib - Agentlik
19.11.2026 13:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin icbari tibbi sığorta üzrə xidmətləri vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsini də əhatə edir.

 

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Aztibb.az-a bildirilib ki, cari ilin 9 ayında vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə 276 tibbi xidmət göstərilib və bu xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanıb.

 

Bu kateqoriyadan olan körpələr hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn uşaqlardır. Onlar, adətən, az çəki ilə doğulur və tənəffüs sistemi xəstəlikləri, sarılıq, beyin qanaxmaları, görmə və eşitmə problemləri, inkişaf geriliyi kimi sağlamlıq riskləri ilə üzləşirlər. 

 

Vaxtında göstərilən tibbi yardım, xüsusi neonatal qulluq və erkən reabilitasiya xidmətləri bu risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır.

 

İcbari tibbi sığorta çərçivəsində həmin körpələrin sağlamlıq vəziyyətinə uyğun olaraq oksigen terapiyası, ürək-damar sisteminin monitorinqi, CPAP və ya süni tənəffüs dəstəyi, xüsusi qidalanma və digər zəruri tibbi xidmətlərlə təmin olunması işləri aparılır.

 

Müalicə müddətində onların nəbzi, tənəffüsü, qanda oksigen səviyyəsi və bədən hərarəti davamlı izlənilir, laborator və instrumental müayinələr aparılır.

 

Bundan əlavə, mümkün fəsadların erkən aşkarlanması məqsədilə vaxtından əvvəl doğulan körpələrdə görmə və eşitmə müayinələri də icbari tibbi sığorta hesabına qarşılanır. Bu çərçivədə onların retinopatiyasının (ROP) aşkarlanması məqsədilə göz, eşitmə funksiyasının qiymətləndirilməsi üçün audioloji müayinələr aparılır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər orqanizmin regenerasiya qabiliyyətini yenidən aktivləşdirməyə çalışırlar