Səhiyyə Nazirliyinin nümayəndələri İordaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər
15.11.2026 16:12
İordaniyanın Amman şəhərində Şərqi Aralıq Dənizi İctimai Səhiyyə Şəbəkəsinin (EMPHNET) təşkilatçılığı ilə Milli İmmunizasiya üzrə Texniki Məsləhət Qruplarının (NITAG) fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş beynəlxalq seminar keçirilib.
Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri təmsil ediblər.
Bu barədə Aztibb.az-a İSİM-dən məlumat verilib.
Qeyd olunub ki, seminar çərçivəsində ölkəmizdə immunizasiya sahəsində görülən işlər, NITAG qrupunun fəaliyyəti və HPV vaksinasiyasının tətbiqi ilə bağlı təcrübə beynəlxalq iştirakçılarla bölüşülüb. Həmçinin milli immunizasiya proqramlarının təkmilləşdirilməsi və elmi sübutlara əsaslanan qərarvermə məsələləri müzakirə olunub.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova ölkəmizdə NITAG qrupu tərəfindən görülən işlər və nəzərdə tutulan fəaliyyətlər barədə ətraflı məlumat verib.
İSİM-in direktoru Səbinə Babazadə “Uşaqlarda yoluxucu xəstəliklərin immunoprofilaktikası: Azərbaycanda HPV vaksinasiyasının tətbiqi – çətinliklər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizdə immunoprofilaktika sahəsində əldə olunan nailiyyətlər, HPV vaksinasiyasının tətbiqi prosesi iştirakçılarındiqqətinə çatdırılıb.
Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Amaliya İsmayılova və İSİM-inLayihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli işçi qrupunda təmsil olunaraq NITAG üzrə nəzərdə tutulan fəaliyyətlərin icrasına dair yol xəritəsinə təkliflərini təqdim ediblər.
Eyni zamanda, İSİM ilə EMPHNET arasında ictimai səhiyyə sahəsində institusional əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum epidemioloji nəzarət, epidemiyalara və pandemiyalara hazırlıq, ictimai səhiyyə sahəsində təcrübə mübadiləsi, eləcə də birgə elmi və maarifləndirici tədbirlərin həyata keçirilməsini əhatə edir.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan Tibb Universitetinin tələbəsi vəfat edib
15.11.2026 | 19:09
Səhiyyə Nazirliyinin nümayəndələri İordaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər
15.11.2026 | 16:12
Uzun müddət davam edən qarın ağrısı nə zaman araşdırılmalıdır?
15.11.2026 | 13:14
Ümumdünya Diabetlə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib
14.11.2026 | 15:50
ATU tələbəsi Özbəkistanda “Gələcəyin təbabəti – 2026” beynəlxalq tibb olimpiadasında iştirak edib
14.11.2026 | 14:38
Respublika Humanitar Fənlər Gimnaziyasında maarifləndirmə aksiyası: "Sağlam gələcək sənin əlindədir!"
14.11.2026 | 13:46
AQTİ tərəfindən “Hotels Qrup” MMC-nin əməkdaşları üçün təlim keçirilib
14.11.2026 | 11:33
14 Noyabr – Ümumdünya Diabet Günüdür
14.11.2026 | 10:36
“Uşaqların sağlamlıq hüququ: peyvəndləmə, immunoprofilaktika və elmi həqiqətlər” mövzusunda seminar keçirilib
13.11.2026 | 11:06
Yanvar-oktyabr aylarında 45 mindən çox şəxsə əlillik təyin olunub
13.11.2026 | 10:47
ÇOX OXUNANLAR
Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər
12.11.2026 | 10:41
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
11.11.2026 | 13:10
Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb
12.11.2026 | 11:52
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
06.11.2026 | 10:28
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
06.11.2026 | 16:43
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
06.11.2026 | 11:56
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
08.11.2026 | 10:57
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
06.11.2026 | 12:19
Sumqayıt Tibb Mərkəzi tərəfindən Zəfər Günü münasibətilə 300 zeytun ağacı əkilib
06.11.2026 | 11:08
Vitamin C haqqında nə qədər məlumatlısınız?
08.11.2026 | 11:39
Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib
07.11.2026 | 11:41
Azərbaycan Tibb Universitetində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
06.11.2026 | 12:43
Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər
11.11.2026 | 15:19
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
07.11.2026 | 12:38
Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib
09.11.2026 | 15:25

