Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
02.11.2026 17:10

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş elmi işçisi, radiasiya kimyası sahəsində ölkəmizin ilk elmi dərəcə alan mütəxəssislərindən biri, həm də Azərbaycanda radiasiya kimyası elminin təşəkkül tapmasında və inkişafında böyük rolu olan professor Müslüm Qurbanov vəfat edib.

 

Aztibb.az xəbər verir ki, Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1968-ci ildə Biləsuvarda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olmuş və 1973-cü ildə ali təhsilini uğurla başa vurmuşdur. O, hələ tələbəlik illərində elmi axtarışlara böyük həvəs göstərmiş, diplom işini Moskva şəhərində yerləşən SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda yerinə yetirmişdir. Karbon-metan qaz qarışığının radiolizinə həsr olunmuş diplom işini yüksək səviyyədə müdafiə edərək Radiasiya Tədqiqatları Sektoruna işə göndərilmişdir.

 

ABŞ-ın Meriland Universitetində və “TetraTek” şirkətində ətraf mühit sahəsində təkmilləşdirmə kursu keçmişdir. Gənc alim Moskvada aspirantura pilləsində elmi fəaliyyəti zamanı bu mövzunu daha yüksək səviyyədə işləmişdir. O, Obninskdə nüvə reaktorunun radiasiya konturunda neytron-qamma şüalarının təsiri ilə nüvə-kimyəvi reaksiyaları öyrənmiş və bu strateji sahədə çalışan ilk azərbaycanlı alim kimi elm tariximizə düşmüşdür.

 

1978-ci ildən başlayaraq Radiasiya Tədqiqatları Sektorunda baş laborantlıqdan laboratoriya müdiri və professor vəzifəsinədək şərəfli bir elmi yol keçən Müslüm Qurbanov bütöv bir nəsil yetişdirmişdir. O, 15-ə yaxın fəlsəfə doktorunun (elmlər namizədi) və 2 elmlər doktorunun rəhbəri olmuşdur.

 

Professor Müslüm Qurbanov ötən əsrin 70-80-ci illərində qarşıya çıxan Hidrogen-energetikası problemi üzrə orijinal tədqiqatların müəllifidir. O, metan, karbon-dioksid, su və digər maddələrin homogen və heterogen sistemlərin radiolizində yanar qazların yaranması mexanizmini öyrənmişdir. Dünya miqyasında nüfuzlu jurnallarda sanballı məqalələr yazmış, patentlər almışdır.

 

Alimin beynəlxalq əməkdaşlıq sahəsində uğurları da böyük olmuşdur. ABŞ-da, Almaniyada, Türkiyədə, İtaliyada, Macarıstanda, İsveçrədə, Avstriyada və digər ölkələrdə nüfuzlu konfranslarda məruzələr etmişdir. BMT-nin, Asiya İnkişaf Bankının, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların 20-dən çox layihəsinin rəhbəri və eksperti olmuşdur.

 

Professor Müslüm Qurbanovun beynəlxalq miqyasda qazandığı bu böyük uğurlar, dünya səviyyəli təşkilatlarla əməkdaşlığı və layihə rəhbərliyi onun elmi nüfuzunun miqyasını tam şəkildə ortaya qoyur.

 

Görkəmli alim, xeyirxah insan və əziz dost Müslüm Qurbanovun işıqlı xatirəsi onu tanıyanların, həmkarlarının və tələbələrinin qəlbində həmişə canlı qalacaq, yeri həmişə görünəcəkdir.

 

Allah rəhmət eləsin!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat