Mərkəzi Gömrük Hospitalında klinik qidalanma mövzusunda seminar təşkil olunub  
02.11.2026 14:22
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında seminar keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d. İsmayıl Əfəndiyev cümə seminarlarının rezidentlərin peşəkar inkişafında, müasir tibbi biliklərin mənimsənilməsində və klinik təcrübənin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, bu cür elmi tədbirlərin mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və aktual tibbi məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
 
Seminarın məruzəçisi, Baku Nutrition Center-in direktoru, anestezioloq-reanimatoloq, klinik qidalanma üzrə mütəxəssis Dr. İlqar Kərimov “Qida çatışmazlığı və nutritiv-metabolik dəstək” mövzusunda təqdimatla çıxış edib.
 
Məruzə zamanı qida çatışmazlığının yaranma səbəbləri, onun xəstələrin ümumi vəziyyətinə və müalicə nəticələrinə təsiri, eləcə də nutritiv-metabolik dəstəyin klinik praktikada əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin xəstələrin qidalanma vəziyyətinin qiymətləndirilməsi, fərdi qidalanma ehtiyaclarının müəyyənləşdirilməsi və müasir klinik yanaşmalar əsasında nutritiv dəstəyin təşkili məsələlərinə toxunulub.
 
Təqdimat zamanı səsləndirilən elmi-praktik məlumatlar rezidentlərə klinik qidalanma və nutritiv-metabolik dəstək sahəsində müasir yanaşmalarla tanış olmaq imkanı yaradıb. Seminar rezidentlərin mövzu ilə bağlı suallarının cavablandırılması və klinik nümunələr ətrafında aparılan fikir mübadiləsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən cümə seminarları rezidentlərin ixtisas hazırlığının dəstəklənməsi, müxtəlif tibbi sahələr üzrə biliklərinin genişləndirilməsi və nəzəri biliklərin klinik təcrübə ilə əlaqələndirilməsi məqsədi daşıyır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır