Qida məhsullarında allergenlərin etiketlənməsinə nəzarət gücləndiriləcək
27.10.2026 13:29
Ölkə başçısının 10 sentyabr 2026-cı il tarixli Sərəncamına əsasən, yeni “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qida məhsullarında allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, bu barədə AQTA məlumat paylaşıb.
 
Bildirilib ki, Dövlət Proqramının Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən, 2027–2031-ci illərdə qida məhsullarının allergenlər üzrə laborator müayinələrə cəlb edilməsi və əldə olunan nəticələrin məhsulların üzərindəki etiket məlumatlarına uyğunluğunun monitorinqinin aparılması nəzərdə tutulur.
 
Bununla yanaşı, monitorinqlərin nəticələrinin təhlil edilərək müvafiq təkliflərin hazırlanması, həmçinin qida məhsullarında allergenlərlə bağlı əhalinin məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
 
Beləliklə, yeni Dövlət Proqramında allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi ilə yanaşı, istehlakçıların bu barədə məlumatlılığının artırılması da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?