Səhiyyə sahəsində Azərbaycan–Koreya əməkdaşlığı: ənənəvi təbabət üzrə memorandum imzalanıb
26.10.2026 12:20

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Koreya Respublikasında keçirilən Ənənəvi Koreya Təbabəti Siyasəti üzrə Təlim Proqramında iştirak edib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin çərçivəsində Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitut (NIKOM) ilə Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında Anlaşma Memorandumunun imzalanıb.

Memorandum ənənəvi təbabət sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, elmi-tədqiqat və təhsil sahələrində əməkdaşlığın inkişafı, tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar yaradacaq.

Tədbir çərçivəsində ənənəvi Koreya təbabəti sahəsində dövlət siyasəti, təhsil sistemi, klinik təcrübə və keyfiyyətin idarə olunması mexanizmləri ilə tanışlıq olub, həmçinin müvafiq tibb müəssisələrinə və ixtisaslaşmış mərkəzlərə səfərlər baş tutub.

Təlim proqramı Azərbaycan və Koreya Respublikasının səhiyyə qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə və qabaqcıl təcrübənin öyrənilməsinə töhfə verəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub