Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
25.10.2026 12:51
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində yüksəkixtisaslı oftalmoloqlar tərəfindən gözlə bağlı müxtəlif şikayətlərlə müraciət edən pasiyentlərə müasir tibbi yanaşma əsasında hərtərəfli oftalmoloji xidmətlər göstərilir. Burada pasiyentin ilkin müraciətindən başlayaraq diaqnostik müayinələr, müalicə, dinamik müşahidə və tibbi göstəriş olduqda kiçik cərrahi müdaxilələr həyata keçirilir. Müayinə və müalicə taktikası pasiyentin şikayətləri, klinik vəziyyəti və diaqnostik müayinələrin nəticələri əsasında fərdi qaydada müəyyənləşdirilir.
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilən məlumata görə, Poliklinika şöbəsinin oftalmoloqları, t.ü.f.d. Aynurə Əliyeva və Aybəniz Zeynalova tərəfindən ilkin oftalmoloji müayinələr aparılır. Pasiyentin şikayətlərindən və klinik vəziyyətindən asılı olaraq aşağıdakı müasir diaqnostik müayinələr tətbiq edilir:
Viziometriya – görmə itiliyinin yoxlanılması;
Tonometriya – göz daxili təzyiqin ölçülməsi;
Avtorefraktometriya – gözün optik göstəricilərinin və refraksiya xüsusiyyətlərinin aparat vasitəsilə müəyyənləşdirilməsi;
Biomikroskopiya – gözün ön seqmentinin və digər strukturlarının yarıqlı lampa vasitəsilə ətraflı müayinəsi;
Oftalmoskopiya – göz dibinin, tor qişanın və görmə siniri başının qiymətləndirilməsi.
Daha ətraflı diaqnostik qiymətləndirməyə ehtiyac olduqda əlavə müayinələr də aparılır. Bunlara aşağıdakılar daxildir:
Gözün ultrasəs müayinəsi;
Göz almasının uzunluğunun ölçülməsi (biometriya);
Paximetriya – buynuz qişanın qalınlığının ölçülməsi;
Kompüter perimetriyası – görmə sahəsinin qiymətləndirilməsi;
Digər zəruri oftalmoloji müayinələr.
Müasir avadanlıq və rəqəmsal yanaşma
Oftalmoloji müayinələrin nəticələri müvafiq elektron sistemdə saxlanılır. Bu yanaşma pasiyentin təkrar müraciəti zamanı əvvəlki müayinələrin nəticələrini yeni göstəricilərlə müqayisə etməyə və göz sağlamlığında zamanla baş verən dəyişiklikləri dinamik şəkildə qiymətləndirməyə imkan verir.
Müayinələrin nəticələrinin ardıcıl izlənilməsi həkimə xəstəliyin gedişatını qiymətləndirmək, müalicənin effektivliyini izləmək və zəruri hallarda müalicə taktikasını dəyişdirmək üçün əlavə imkan yaradır. Müayinələrin kompleks şəkildə aparılması görmə funksiyasını və gözün müxtəlif anatomik strukturlarını ətraflı qiymətləndirməyə, mövcud problemin səbəbini müəyyənləşdirməyə və pasiyent üçün uyğun müalicə taktikasını seçməyə imkan verir.
Diaqnoz dəqiqləşdirildikdən sonra pasiyentin klinik vəziyyətinə və tibbi göstərişlərə uyğun müalicə təyin edilir. Zərurət yarandıqda, müvafiq tibbi göstərişlər əsasında kiçik cərrahi müdaxilələr də həyata keçirilir. Beləliklə, pasiyentlərə oftalmoloji problemlərin diaqnostikasından müalicəyədək kompleks tibbi xidmət göstərilir.
Oftalmoloqlar tərəfindən refraksiya pozğunluqlarının, qlaukomanın, kataraktanın, göz dibi xəstəliklərinin, uveitin və digər oftalmoloji problemlərin müayinə və müalicəsi həyata keçirilir.
Göz sağlamlığınıza laqeyd yanaşmayın
Görmənin zəifləməsi, bulanıq görmə, gözdə ağrı və ya qızartı, göz daxili təzyiqlə bağlı dəyişikliklər, göz qarşısında ləkələrin yaranması və digər narahatlıqlar oftalmoloqa müraciət etmək üçün əsas ola bilər. Bəzi göz xəstəlikləri ilkin mərhələlərdə ciddi simptomlarla özünü göstərməyə bilər. Buna görə də müntəzəm oftalmoloji müayinələr göz xəstəliklərinin erkən aşkarlanması, görmə funksiyasının qorunması və mümkün fəsadların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Xərçəng müalicəsində yeni ümid: Roche mühüm klinik tədqiqat nəticələrini açıqlayacaq
25.10.2026 | 13:09
Gözlərin saralması qaraciyər xəstəliklərinin əlaməti ola bilər - Hepatoloq Tofiq Əkbərov
25.10.2026 | 12:59
Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
25.10.2026 | 12:51
Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi hər an insan həyatının keşiyindədir
25.10.2026 | 10:42
Rusiyalı mütəxəssis: "COVID-19 keçirən insanların təxminən 90 faizində yaddaş pozuntuları müşahidə olunur"
24.10.2026 | 17:17
Yeni elmi yanaşma Altsheymer xəstəliyinin daha dərindən öyrənilməsinə imkan yaradacaq
24.10.2026 | 16:09
Anestezioloqlar əməliyyatdan sonra ürəkbulanma riskini azaltmağın yolunu tapıblar
24.10.2026 | 15:12
Qaragilə - ürəyin sağlamlığına təbiətin töhfəsi
24.10.2026 | 13:06
Uşaqların erkən yaşda peyvənd olunması niyə vacibdir?
23.10.2026 | 11:11
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

