Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 16:17

Mərkəzi Neftçilər Xəstəxanasında ürək fəaliyyəti qəfil dayanan pasiyent üzərində tibb heyətinin operativ müdaxiləsi nəticəsində zəruri reanimasiya tədbirləri həyata keçirilib və onun vəziyyəti stabilləşdirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, 1976-cı il təvəllüdlü kişi pasiyentin xəstəxanada müayinəsinə başlanılmazdan əvvəl vəziyyəti qəfil pisləşib və ürək fəaliyyətinin dayanması (kardiak arrest) baş verib. Tibb heyəti ürək-ağciyər reanimasiyası və döş qəfəsinin kompressiyaları daxil olmaqla təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirib.

 

Operativ və koordinasiyalı müdaxilədən sonra pasiyent Anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşdikdən sonra Kardiologiya şöbəsinə köçürülüb. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir, müalicəsi və tibbi nəzarət davam etdirilir.

 

Qeyd edək ki, ürək-damar xəstəliyindən əziyyət çəkən və daha əvvəl kardioloji müdaxilə keçirmiş pasiyent xarici ölkələrin birində də müayinə və müalicə alıb. Lakin səhhətində gözlənilən yaxşılaşma əldə olunmadığından, müalicəsini davam etdirmək məqsədilə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev