Şamaxıda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
25.11.2026 16:30
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının, Şamaxı Dövlət Regional Kollecinin və Şamaxı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şamaxı Dövlət Regional Kollecində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə Aztibb.az-a Şamaxı RMX-dan xəbər verilib.
Bildirilib ki, tədbirdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təlim kuratoru Vəfa Ağayeva və psixoloq Elnarə Yarəliyeva,kollecin direktoru Vasif Müslümov, Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Səid Seyidov, polis şöbəsinin müvafiq sahələr üzrə əməkdaşları, müəllimlər, tələbələr və valideynlər iştirak ediblər.
Tədbir zamanı narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlər, narkomaniyanın hüquqi və sosial fəsadları, eləcə də yeniyetmə və gənclərin bu təhlükəli asılılıqdan qorunması yolları barədə ətraflı məlumat verilib.
Çıxışlarda narkomaniyaya qarşı mübarizədə səhiyyə müəssisələrinin, hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ailələrin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.Eyni zamanda, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin əsas məqsədi gənclərin narkomaniyanın fəsadları barədə məlumatlılığını artırmaq, sağlam həyat tərzini təşviq etmək və zərərli vərdişlərə qarşı mübarizə ruhunu gücləndirmək olub.
Bu bölməyə aid digər xəbərlər
Şamaxıda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
25.11.2026 | 16:30
Konqoda Ebola virusuna yoluxanların sayı 12 minə çatır
23.11.2026 | 12:51
Kəllə-beyin travması: əsas əlamətləri, ilk yardım və müalicə
22.11.2026 | 14:44
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026 | 09:16
ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib
27.10.2026 | 16:25
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
ÇOX OXUNANLAR
ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə
23.11.2026 | 16:25
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb
21.11.2026 | 15:39
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
18.11.2026 | 14:09
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
19.11.2026 | 11:49
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 | 11:48
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
18.11.2026 | 14:42
Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub
20.11.2026 | 12:56
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
18.11.2026 | 08:24
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
18.11.2026 | 11:42
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb
18.11.2026 | 12:05
Şəfa görmək istəyən Naftalana gəlsin
21.11.2026 | 11:18
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
17.11.2026 | 13:38

