Kimya İnstitutunda polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb  
09.10.2026 12:45

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə hər ay keçirilən “Gənc tədqiqatçılarımızı tanıyaq” adlı elmi seminar təşkil edilib.

 

Bu barədə Aztibb.az-a institutdan bildirilib.

 

Seminar institutun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının elmi işçisi, doktorant Nərgiz Rəhimlinin təqdimatında “Azot əsaslı polimerlər və metal nanohissəciklər əsasında alınmış katalitik sistemlərdə quruluş-ölçü effekti” mövzusuna həsr olunub. Seminarda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Günel Əzimova layihə barədə məlumat verib. O, layihənin əsas məqsədinin gənc tədqiqatçıların elmi fəaliyyətinin tanıdılması, onlar arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviq edilməsi olduğunu bildirib.

 

Daha sonra Nərgiz Rəhimli tədqiqatının metodologiyası və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Məruzədə polimer mühitində stabilləşdirilmiş metal nanohissəciklərin sintezi, quruluş xüsusiyyətləri və fiziki-kimyəvi xassələrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub. Bildirilib ki, PVP, jelatin və PVP/jelatin əsaslı polimer sistemlərində nikel nanohissəciklərinin immobilizasiyası, onların quruluş və xassələri, eləcə də nanohissəciklərin ölçüsünə təsir edən əsas amillər araşdırılıb.

 

Tədqiqat nəticələrində polimer daşıyıcının təbiəti və metalın miqdarının nanohissəciklərin formalaşmasına, ölçüsünə və stabilliyinə təsiri xüsusi olaraq vurğulanıb. Seminar zamanı aparılan tədqiqatlar çərçivəsində əldə edilmiş elmi nəticələr müzakirə olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Gəncədə