Anar Namazov: Böyrək nəqli planlı şəkildə həyata keçirilən ciddi əməliyyatdır
22.11.2026 13:36
Böyrək nəqli əsasən son mərhələ böyrək çatışmazlığı olan xəstələrə tətbiq olunur. Əməliyyatın əsas məqsədi xəstəni dializdən asılılıqdan azad etmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Transplantasiya üçün donorla resipiyent arasında qan qrupu, toxuma və digər immunoloji uyğunluq göstəriciləri qiymətləndirilir.
 
Bu barədə Aztibb.az-a ATU-nun II cərrahi xəstəliklər kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov məlumat verib.
 
Anar Namazov qeyd edib ki, böyrək nəqlindən sonra xəstələr immunosupressiv preparatları ömür boyu qəbul etməli və mütəmadi həkim nəzarətində olmalıdırlar. Donor olmaq istəyən şəxslər isə əvvəlcədən hərtərəfli müayinədən keçirilir. Müayinələr zamanı əks-göstəriş aşkarlanmadıqda, sağlamlığın qorunması şərtilə donorluq mümkündür. Sağlam donor bir böyrəklə də normal həyat fəaliyyətini davam etdirə bilər.
 
Şöbə müdiri böyrək nəqlinin planlı şəkildə həyata keçirilən əməliyyat olduğunu vurğulayaraq, böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərə vaxtında həkimə müraciət etməyi və mütəmadi müayinələrdən keçməyi tövsiyə edib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri