Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı tərəfindən Gəncə şəhər 16 nömrəli tam orta məktəbində göz müayinəsi aksiyası keçirilib.
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində məktəbin şagird və əməkdaşları oftalmoloji müayinədən keçirilib. Müayinələr filialın həkimi Elçin Əsgərov, tibb bacıları Nigar Qasımova və Səbinə Abdıyeva tərəfindən aparılıb. Aksiya zamanı ümumilikdə 223 nəfər müayinə olunub, onlardan 45 nəfərdə müxtəlif oftalmoloji patologiyalar aşkar edilib. Aşkarlanan hallar üzrə müvafiq tibbi tövsiyələr verilib və zəruri hallarda əlavə müayinəyə yönləndirmə aparılıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional filialları tərəfindən əhalinin, xüsusilə uşaqların göz sağlamlığının qorunması və görmə problemlərinin erkən aşkarlanması məqsədilə bu cür maarifləndirici və profilaktik aksiyalar mütəmadi olaraq həyata keçirilir.

