Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
Aztibb.az "Vzqlyad" nəşrinə istinadən yazır ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Günəşin alışma aktivliyi əsasən aşağı səviyyədədir", – deyə institutun açıqlamasında bildirilib.
Monitorinq məlumatlarına görə, Yerin maqnit sahəsindəki təlatüm G1 səviyyəsinə çatıb. Geomaqnit vəziyyətin qeyri-sabit olacağı, ayrı-ayrı zəif təlatümlü dövrlərin müşahidə edilə biləcəyi proqnozlaşdırılır.
Oktyabrın 5-də də geomaqnit sahənin qeyri-sabit qalacağı gözlənilir. Bununla yanaşı, radiasiya vəziyyətində hər hansı dəyişiklik proqnozlaşdırılmır.
Həkim-terapevt Marina Konstantinova maqnit qasırğalarının bəzi insanlarda səhhətin pisləşməsi ilə müşayiət oluna biləcəyini bildirib. Onun sözlərinə görə, geomaqnit aktivliyin artdığı günlərdə tibbi statistikada ürək-damar sisteminin vəziyyəti ilə bağlı şikayətlərin sayında artım qeydə alınır.
Bəzi insanlarda baş ağrısı, halsızlıq, əsəbilik və iş qabiliyyətinin azalması müşahidə oluna bilər.

