Onkoloq: Xərçəngin müalicəsində son onilliklərdə böyük irəliləyiş əldə olunub
05.10.2026 09:57

Müasir onkologiya son onilliklər ərzində xərçəngin diaqnostikası və müalicəsində yeni üsulların tətbiqi sayəsində ciddi irəliləyiş əldə edib.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin məlumat verib.

«Onkologiyanın son onilliklər ərzində necə dəyişdiyinə nəzər salsaq, irəliləyişin olduqca böyük olduğunu görərik. Bu gün elə xəstəliklər var ki, əksər hallarda onları uğurla müalicə edə bilirik. Xüsusilə də xəstəlik erkən mərhələdə aşkarlandıqda», – deyə o, TASS-a müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, hədəfli terapiya və immunoterapiya, müasir şüa müalicəsi üsulları, hüceyrə texnologiyaları, eləcə də molekulyar-genetik diaqnostikanın inkişafı həkimlərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bunun sayəsində bəzi hallarda hətta şiş prosesi geniş yayıldıqda belə xəstəliyi uzun illər nəzarətdə saxlamaq mümkün olur.

Bununla yanaşı, bəzi onkoloji xəstəliklərin müalicəsi hələ də olduqca mürəkkəb olaraq qalır. Andrey Kaprin buna qlioblastoma və mədəaltı vəzi xərçəngini nümunə göstərərək, bu istiqamətlərdə mütəxəssislərin qarşısında hələ böyük işlərin dayandığını bildirib.

Onkoloq həmçinin xərçəngə qarşı tam qələbənin nə vaxt əldə ediləcəyinə dair konkret müddət söyləməyin mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, söhbət bir-birindən fərqlənən və müalicəyə müxtəlif cür reaksiya verən çoxsaylı şiş növlərindən gedir.

Kaprin onkologiyanın gələcək inkişafının əsas istiqamətlərindən biri kimi müalicənin fərdiləşdirilməsini göstərib. Hazırda terapiya seçilərkən həkimlər yalnız şişin yerləşdiyi nahiyəni deyil, onun bioloji və genetik xüsusiyyətlərini, eləcə də müalicəyə davamlılığın yaranma mexanizmlərini də nəzərə alırlar.


ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır