Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir
04.10.2026 14:05

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın əsasları” Federal Tədqiqat Mərkəzinin Neft mikrobiologiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Yekaterina Semyonova ilə görüş keçirilib. Laboratoriyanın əsas fəaliyyət istiqamətlərini yeraltı ekosistemlərdə və neft yataqlarında mikrob icmalarının öyrənilməsi təşkil edir. Yekaterina Semyonova mikrobiologiya və biotexnologiya sahələrində tədqiqatlar aparır.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, görüş zamanı laboratoriya müdiri İradə Eyvazova və baş elmi işçi Könül Qəhrəmanova ilə söhbət aparılıb. Söhbət zamanı əsas tədqiqat istiqamətləri, əməkdaşlıq perspektivləri, birgə tədqiqatların mümkün sahələri, həmçinin mikrobiologiya və biotexnologiya üzrə birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

 

Daha sonra Yekaterina Semyonova Kimya İnstitutunun Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının mikrobioloji tədqiqat bölməsi ilə tanış olub, laboratoriyanın əməkdaşları Təranə İbrahimova, Aygün Alməmmədova və Aytac İsmayıllı ilə görüşüb. Müzakirələr zamanı karbohidrogenlərin transformasiyasında iştirak edən mikroorqanizmlərin öyrənilməsi, neftoksidləşdirici mikroorqanizmlərin tədqiqi, həmçinin torpağın, suyun və neft avadanlıqlarının neftlə çirklənməsinin aradan qaldırılması məqsədilə biopreparatların hazırlanması istiqamətində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, birgə tədqiqatların aparılması və elmi təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib. Görüşün sonunda Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın əsasları” Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri arasında gələcək elmi əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlər müəyyənləşdirilib.

 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Yuxu problemləri və sinir sistemi 
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Qobustan RMX-da sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Böyrək ağrısı nə zaman təhlükəlidir?   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub