Görkəmli uşaq cərrahı, professor Çingiz Quliyevə həsr olunan yeni nəşr
24.11.2020 21:52

Görkəmli uşaq cərrahı, Əməkdar həkim, tibb elmləri doktoru, professor Çingiz Quliyevin “Həyatımın illəri və izləri” kitabı çapdan çıxıb.

 

Nəşrdə professor Çingiz Quliyevin həyatı, pedaqoji, elmi, cərrahi, ictimai və xeyriyyəçilik fəaliyyətindən bəhs olunmaqla yanaşı, elmi işlərinin, dərslik, dərs vəsaiti və proqramlarının, monoqrafiyalarının, müəllifi olduğu tədris-metodik vasitələrin, ixtiralarının və səmərələşdirici təkliflərinin, eləcə də elmi araşdırmalarının nəticələrinə həsr olunmuş məqalə və tezislərinin və s. siyahısı xronoloji ardıcıllıqla verilib.

 

“Həyatımın illəri və izləri” xatirə-memuarı tanınmış cərrahın tibbi, elmi-pedaqoji fəaliyyəti haqqında geniş təsəvvür yaradır.

 

Kitabın redaktoru Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının müdiri, tibb elmləri doktoru Ramiz Poluxovdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır