Süni intellekt səhiyyə sistemləri üçün yeni təhlükəsizlik çağırışları yaradır   
26.09.2026 11:24
 
Son dövrlərdə süni intellektlə bağlı risklər, o cümlədən milli səhiyyə sistemlərinə yönələn kiberhücumlar daha çox müzakirə olunur.

Aztibb.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya” adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, süni intellektin geniş miqyasda tətbiqi üçün onun məsuliyyətli və təhlükəsiz şəkildə inkişaf etdirilə biləcəyi mühitin formalaşdırılması vacibdir. Bu proses koordinasiyalı yanaşma, infrastruktur, insan kapitalı, kibertəhlükəsizlik, tənzimləmə və investisiyaları əhatə edir.

Rəşad Həsənov bildirib ki, Azərbaycan artıq süni intellektlə bağlı müzakirələrdən onun real tətbiqinə keçir. Nazir müavini dövlət qurumlarında fəaliyyət göstərən süni intellekt əsaslı tətbiqlər sırasında süni intellekt əsaslı kibertəhlükəsizlik mərkəzini də qeyd edib.

O, həmçinin Azərbaycanda təhsil sistemində tələbə köməkçisi, kənd təsərrüfatında bitki xəstəliklərinin proqnozlaşdırılması və vətəndaşların suallarını cavablandıran MyGov AI sisteminin tətbiq olunduğunu bildirib.

Rəşad Həsənovun sözlərinə görə, süni intellektin inkişafı ilə yanaşı, yüksək hesablama gücünə malik infrastrukturun yaradılması da vacibdir. O qeyd edib ki, hesablama infrastrukturu etibarlı enerji, bağlantı və fiziki məkan tələb edir.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub