“Lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır” – Həkim məsləhəti
24.11.2020 15:43

Qış aylarında artış göstərən xəstəliklərlə yanaşı, həkim tövsiyəsi olmadan lazımsız antibiotik istifadəsi bütün dünyada olduğu kimi, ölkəmizdə də geniş hal almaqdadır. Bu isə ciddi sağlamlıq problemlərinə səbəb olur.

 

Aztibb.az 1news.az-a istinadla xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pediatrı Dr.Nigar Mirzəyeva bütün dünyada qlobal səviyyədə qeyd edilən 18-24 noyabr “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi” çərçivəsində xüsusilə uşaq orqanizmində antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində yarana biləcək fəsadlar barədə sualları cavablandırıb.

 

 

- Nigar xanım, bildiyiniz kimi, hər il qış aylarında, havaların getdikcə soyuması, xüsusilə bağça və məktəb yaş dövrü uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Nəticədə bu zaman uşaqlar müxtəlif dərmanların, o cümlədən antibiotiklərin istifadəsinə məruz qalırlar. Məhz bu səbəbdən maraqlıdır ki, antibiotiklərdən istifadə ilə bağlı aparılmış tədqiqatlar bizə hansı məlumatları verir?

- Ümumdünya Səhiyyə Təşkilatının antibiotiklərdən istifadə ilə bağlı apardığı tədqiqatlar göstərib ki, antibiotiklər tənəffüs yolu infeksiyalarında 61.9% hallarda, tonzillit zamanı 29.85% hallarda və otit (orta qulağın iltihabı) 16.4% hallarda istifadə olunmuşdur. Ən çox istifadə olunan antibiotiklər isə amoksillin-klavukolant (64.17%), daha sonra ampisillin/sulbaktam (22.3%) və sefuroksim aksetil(13%) olmuşdur. Nəticədə müəyyən olmuşdur ki, antibiotiklər istifadə olunan xəstəliklər daha çox viral patogenlərlə bağlıdır və antibiotiklərin 50% hallarda istifadəsi lazımsızdır.

- Bəs viral infeksiyalarda antibiotik istifadəsinə səbəb nədir?

- Viral infeksiyalar yəni viruslar vasitəsilə törədilən infeksiyalar zamanı uşaqlarda yüksək temperatur, boğaz ağrısı, öskürək, burun axıntısı müşahidə olunur. Simptomların bəzən ağır gedişi, qızdırmanın yüksək olması (39-40 dərəcə) və ikinci gündə davam etməsi valideynləri narahat edir. Nəticədə valideynlər bu zaman həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Unutmamaq lazımdır ki, virusa bağlı şikayətlərdə simptomların davam etmə müddəti 5-7 gün bəzən isə 3 həftəyə qədər davam edə bilər. Əlamətlərin şiddətli olması antibiotik istifadəsi üçün səbəb deyil. Viral infeksiyalarda daha çox simptomatik müalicədən istifadə olunur. Yəni qızdırmasalıcı və ağrı kəsici dərmanlar, burun təmizləmə məhlulları, ağciyərlərin müayinəsində patoloji xırıtı yoxdursa öskürək əlehinə dərmanlar təyin olunur və bol mayedən istifadə tövsiyə edilir.

- Doktor qeyd etdiniz ki, bəzən valideynlər həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Oxucularımıza uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri barədə məlumat verə bilərsiniz?

- İlk növbədə, lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır. Bu isə xəstəliklərin müalicəsində həkimə çətinlik yaradır. Nəticədə ehtiyac olduğu təqdirdə həkim tərəfindən təyin olunan antibiotikə qarşı orqanizmdə davamlılıq yarandığı üçün müalicə prosesi gecikir. Bundan əlavə antibiotiklər qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olunduğu üçün uzun müddətli və lazımsız istifadə bu orqanların funksiyalarını pozaraq daha ağır hallara böyrək-qaraciyər çatışmazlığına səbəb olur. Həmçinin, orqanizmdə lazım olan faydalı bakteriyaların məhvinə gətirib çıxarır.

- Nigar xanım faydalı məlumatlara görə çox sağ olun. Doktor Sizin də qeyd etdiyiniz kimi antibiotiklərin həkim təyinatı olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bəs hansı hallarda antibiotiklərin istifadəsi zəruridir?

- Bakterial infksiyalarda yəni bakterialar vasitəsilə törədilən infeksiyalarda - pnevmoniya, allergik olmayan bronxiolit, otit, sidik yolu infeksiyaları və bəzi bakteriyaların səbəb olduğu bağırsaq yolu infeksiyaları buna misal olar bilər. Bu hallarda antibiotiklərdən istifadə olunması zəruridir. Təbii ki, düzgün dozalanma və təyin olunmuş müddət əsasında həkim göstərişinə uyğun olaraq antibiotiklərdən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Mən xüsusilə antibiotiklərin istifadə müddətinə diqqətinizi cəlb etmək istərdim. Çünki bu çox vacib məqamdır. Bəzi antibiotiklər 3 gün, bəziləri isə 10-14 gün müddətində təyin olunur. Dövrümüzdə ən böyük yanlışlardan biri də klinik simptomlar antibiotik istifadəsinin ilk günlərində aradan qalxdığı üçün antibiotikin vaxtı tam tamamlanmadan dayandırılmasıdır. Bu xəstəliklərin təkrarlanmasına və daha da ağır gedişinə səbəb ola bilər. Buna görə də həkim tərəfindən təyin olunmuş dozalanmaya və müddətə mütləq valideynlər nəzarət etməlidirlər.

- Nigar xanım, ümumiyyətlə antibiotiklərdən istifadə zamanı hər hansı əks təsir müşahidə oluna bilər? Ev şəraitində antibiotiklərdən inyeksiya şəklində istifadə edilməsi nə dərəcədə doğrudur?

- Antibiotik istifadəsi zamanı - anafilaktik şok yarana bilər. Bu hal daha çox pensillin qrupu antibiotiklərdə müşahidə olunur və bəzən xəstənin ölümünə belə səbəb ola bilir. Ona görə ev şəraitində əzələ daxili və vena daxili antibiotiklərin vurulması xüsusilə təhlükəli və qadağandır!

- Doktor, bəzən valideynlər profilaktik məqsədlə antibiotiklərdən istifadə edirlər. Profilaktik məqsədlə antibiotiklərin qəbulu nə dərəcə doğrudur və qoruyucu antibiotik istifadəsi hansı hallarda olur?

- Bəzən təkrarlayan sidik yolu infeksiyalarında, boğazda betta-streptokokkların törətdiyi angina nəticəsində ürəkdə yaranan miokardit və ya oynaq revmatizmlərində, aşağı imuniteti olan uşaqlarda az dozada profilaktik uzunmüddətli antibiotik müalicəsi aparılır. Amma əsla sağlam uşaqlarda xəstələnməsin deyə və ya xəstələyin gedişi daha da ağırlaşmasın deyə antibiotik istifadə etmək olmaz! Qısaca onu qeyd etmək istəyirəm ki, əgər valideynlər gələcək üçün sağlam övlad böyütmək istəyirlərsə lazımsız antibiotik istifadə etməməli və uşaqları ilə bağlı hər hansı şikayətləri olduqda mütləq şəkildə zamanında həkimə müraciət etməlidirlər.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən