1 millimetrlik ksenobotlar yaradıldı - Xərçəng müalicəsində yeni ümid
22.09.2026 14:23

ABŞ alimləri qurbağa hüceyrələrindən öz nüsxələrini yarada bilən canlı mikrorobotlar – ksenobotlar hazırlayıblar. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə xərçəng və digər çətin müalicə olunan xəstəliklərin müalicəsində yeni imkanlar yarada bilər.

Aztibb.az "Biomedya" nəşrinə istinadən yazır ki, Harvard və Tufts universitetlərinin alimlərinin iştirak etdiyi layihənin ilkin məqsədi canlı orqanizmlərin böyüməsi və özünü bərpa etməsi mexanizmlərini robot texnologiyası vasitəsilə öyrənmək olub. Daha sonra tədqiqatçılar bioloji hüceyrələrdən birbaşa robotlar yaratmaq ideyasına keçiblər.

Alimlər laboratoriyada mövcud olan qurbağa embrionlarından əldə edilən hüceyrələrdən istifadə ediblər. Bu hüceyrələr hələ tam formalaşmadığı üçün onları müəyyən toxuma növlərinə, əsasən dəri və ürək əzələsi hüceyrələrinə yönləndirmək mümkün olub.

İlk ksenobotlar ürək əzələlərinin yığılma və boşalma hərəkətindən istifadə edərək hərəkət edə bilib. Sonrakı modellərdə isə üzərindəki xırda kirpiklərdən istifadə edən dəri toxuması tətbiq olunub. Kirpiklərin ritmik hərəkəti ksenobotların suda irəliləməsinə imkan verib.

Bu canlı mikrorobotların mühüm xüsusiyyətlərindən biri onların əlavə qidalanma və enerji mənbəyi olmadan müəyyən müddət fəaliyyət göstərə bilməsidir. Hüceyrələr əvvəlcədən enerji ehtiyatına malik olduğundan ksenobotlar həftələrlə aktiv qala bilirlər.

Tədqiqatçıların açıqladığı üsula görə, ksenobotlar mikroskop, xüsusi penset, qurbağa embrion hüceyrələri, duzlu su və petri qabından istifadə edilməklə laboratoriya şəraitində hazırlanır. Hüceyrələr bir-biri ilə təmasda saxlanıldıqda birləşərək kiçik kürə əmələ gətirir, daha sonra mikrocərrahi üsullarla onlara müəyyən forma verilir.

Hazırlanan ksenobotların ölçüsü 1 millimetrdən kiçikdir. Alimlər bu texnologiyanın inkişaf etdirilməsi ilə gələcəkdə insan orqanizmində müəyyən hüceyrə və toxumaların hədəflənməsi, dərmanların daşınması və zədələnmiş toxumaların bərpası kimi tibbi tətbiqlərin mümkün ola biləcəyini araşdırırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş