ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
17.09.2026 15:02

Azərbaycan Tibb Universiteti (ATU) tələbə sağlamlığının qorunmasına yönəlmiş profilaktik təşəbbüslərini davam etdirir. Ümumdünya Ağciyər Gününə həsr olunan aksiya çərçivəsində ATU-nun 18–35 yaş arası tələbələri altı gün ərzində ürək-damar və tənəffüs sisteminin əsas göstəricilərini əhatə edən tibbi müayinələrdən ödənişsiz yararlana biləcəklər. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Qeyd olunub ki, 21–26 sentyabr tarixlərində ATU-nun Tədris-Terapevtik Klinikasında keçiriləcək aksiya tələbələrin sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsi, mümkün risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və profilaktik müayinələrə diqqətin artırılması məqsədi daşıyır. 
Tibb təhsili, klinik fəaliyyət və elmi-tədqiqatla yanaşı, profilaktik səhiyyənin inkişafını və sağlamlığın qorunmasını fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlayan Azərbaycan Tibb Universiteti tələbələrin sağlamlığı ilə bağlı təşəbbüslərə xüsusi önəm verir. 

 

Tələbələrin ürək və ağciyər sağlamlığının əsas göstəriciləri yoxlanılacaq

 

Aksiya iştirakçılarına ürək-damar və tənəffüs sisteminin qiymətləndirilməsi üçün aşağıdakı müayinələr ödənişsiz təqdim olunacaq:
•    EKQ – ürəyin elektrik fəaliyyətinin qiymətləndirilməsi;
•    Spirometriya – ağciyərlərin funksional vəziyyətinin qiymətləndirilməsi;
•    Arterial təzyiq və ürək-damar göstəricilərinin qiymətləndirilməsi;
•    Laborator müayinələr və biomarkerlərin təyini;
•    Qısa sağlamlıq sorğusu. 
Müayinələr tələbələrin əsas sağlamlıq göstəriciləri barədə ilkin məlumat əldə etməsinə və diqqət tələb edə biləcək halların vaxtında müəyyənləşdirilməsinə imkan verəcək. Zəruri hallarda əlavə tibbi qiymətləndirmə ilə bağlı müvafiq istiqamətləndirmə aparılacaq.

 

Profilaktik yanaşma ön planda

Ürək-damar və tənəffüs sisteminin sağlamlığının mütəmadi qiymətləndirilməsi, risk faktorlarının erkən müəyyənləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi sağlamlığın qorunmasının mühüm istiqamətlərindəndir.


Azərbaycan Tibb Universitetinin təşkil etdiyi aksiya da tələbələr arasında profilaktik müayinələrə marağın artırılmasına, sağlamlıqla bağlı məlumatlılığın gücləndirilməsinə və mütəmadi tibbi nəzarətin əhəmiyyətinin təşviqinə xidmət edir.

 

Aksiyada kimlər iştirak edə bilər?

 

Pulsuz müayinə aksiyasında Azərbaycan Tibb Universitetinin 18–35 yaş arası tələbələri iştirak edə bilərlər.

 

Tarix: 21–26 sentyabr

Məkan: Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası


Diqqət! Tələbələrdən elanda verilmiş telefon və elektron ünvanlar vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmələri tövsiyə olunur. 
Azərbaycan Tibb Universiteti tələbə sağlamlığının qorunmasına, profilaktik tibbin təşviqinə və sağlam həyat tərzi ilə bağlı maarifləndirmənin gücləndirilməsinə yönəlmiş təşəbbüslərini davam etdirir.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Diabetlilər üçün qida seçimləri
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək”