Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
09.09.2026 17:40
ATU-nun Tədris Cərrahiyyə Klinikasında travmadan sonra yaranmış mürəkkəb üz deformasiyalarının korreksiyasına həsr olunmuş çoxkomponentli cərrahi əməliyyat icra edilib.
Kliinikadan Aztibb.az-a verilən məlumata görə, gənc qadın pasiyent illər əvvəl baş nahiyəsinə ağır travma almış və bunun nəticəsində sağtərəfli üz siniri iflici, göz qapağının funksional deformasiyası, nazolabial nahiyədə və dodaq bucağında yumşaq toxuma çatışmazlığı, həmçinin burun deformasiyası formalaşıb. Uzun illər davam edən bu dəyişikliklər pasiyentdə həm funksional, həm də psixoloji narahatlığa səbəb olub.
Professor Vaqif Qələndərin rəhbərliyi ilə bir əməliyyat çərçivəsində bir neçə rekonstruktiv mərhələ ardıcıl şəkildə həyata keçirilib. Sağ göz qapağının iflic nəticəsində tam bağlanmamasının korreksiyası məqsədilə xüsusi hazırlanmış qızıl lövhə göz qapağı toxumalarının altına yerləşdirilmişdir. Eyni zamanda sağ nazolabial büküş yenidən formalaşdırılmış, dodaq bucağında və ətraf yumşaq toxumalarda yaranmış atrofiya və həcm itkisi isə pasiyentin öz qalça nahiyəsindən götürülmüş dermofat greft vasitəsilə bərpa edilib.
Bundan əlavə, travma və uzunmüddətli deformasiya nəticəsində yaranmış burun və onun lateral nahiyəsindəki dəyişikliklər də eyni əməliyyat zamanı rekonstruktiv-estetik üsulla korreksiya olunub.
Beləliklə, bir cərrahi müdaxilə çərçivəsində üzün bir neçə anatomik və funksional nahiyəsində kompleks rekonstruksiya həyata keçirilib. Əməliyyatın mühüm xüsusiyyətlərindən biri onun Azərbaycan Tibb Universitetinin rezidentlərinin iştirakı ilə aparılması, bununla da müasir rekonstruktiv cərrahiyyə prinsiplərinin praktiki şəkildə mənimsənilməsi baxımından mühüm tədris əhəmiyyəti daşımasdır.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə əməkdaşları YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrasına sadiqdirlər
14.10.2026 | 10:38
300 min doğuşdan birində rast gəlinən patologiyalarla doğulan körpə uğurla əməliyyat olunub
13.10.2026 | 17:45
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilir
13.10.2026 | 15:20
Tədris Cərrahiyyə Klinikasında sağ xayanın absesi diaqnozu ilə müraciət edən 76 yaşlı xəstə əməliyyat olunub
13.10.2026 | 12:53
Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib
13.10.2026 | 08:53
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Türkiyədə beynəlxalq tədbirdə iştirak edib
13.10.2026 | 07:59
Azərbaycan alimlərindən baş ağrısı pozuntuları ilə bağlı beynəlxalq konfransda iki elmi təqdimat
12.10.2026 | 14:37
Tədris Cərrahiyyə Klinikasında nəhəng uşaqlıq mioması uğurla xaric edilib
12.10.2026 | 14:31
Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
12.10.2026 | 10:15
Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq ginekologiya konfransında iki elmi təqdimatla çıxış edib
11.10.2026 | 15:19
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
05.10.2026 | 11:00
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
10.10.2026 | 13:06
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
04.10.2026 | 14:34
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
10.10.2026 | 11:27
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
11.10.2026 | 11:44
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
08.10.2026 | 16:41
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
08.10.2026 | 14:55
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib
07.10.2026 | 11:36
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
06.10.2026 | 12:46
Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib
10.10.2026 | 15:50
Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub
09.10.2026 | 11:42
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir
10.10.2026 | 16:10
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
06.10.2026 | 10:47

