TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
09.09.2026 12:42

TƏBİB və tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən olan həkimlər “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” və “Süni intellekt dövründə informasiya təhlükəsizliyi” mövzularında maarifləndirici təlimlərə cəlb edilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd fişinq və sosial mühəndislik hücumlarından qorunma, güclü şifrə siyasətinin tətbiqi, pasiyent məlumatlarının məxfiliyinin təmin edilməsi, süni intellekt alətlərindən təhlükəsiz və düzgün istifadə, eləcə də iş mühitində kibertəhlükəsizlik risklərinin idarə olunması kimi aktual mövzular üzrə əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.

 

Təlimlərdə TƏBİB aparatından və eləcə də tabeli tibb müəssisələrinin rəhbər şəxslərindən 90 nəfər, tabeli tibb müəssisələrində çalışan tibbi heyət üzrə 60 nəfər, tibb müəssisələrinin inzibati heyətindən 120 nəfər olmaqla, ümumilikdə 270 nəfər iştirak edib.

 

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi Qaydaları"na əsasən keçirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş