Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
08.09.2026 17:11

Azərbaycan Tibb Universitetinin (ATU) Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahianın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutan tədbirdə əvvəlcə professor Vəfa Pənahianın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 

 

Daha sonra Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov çıxışında yubilyarın uzun illər ərzində tədris, elmi, metodiki və təşkilati fəaliyyəti, həkim və elmi-pedaqoji kadrların hazırlanmasına verdiyi töhfələrdən danışıb. O, professor Vəfa Pənahianın yüksək peşəkarlığı və insani keyfiyyətləri ilə həmkarları və tələbələri arasında böyük hörmət qazandığını vurğulayıb.

 

Professor Çingiz Rəhimov Vəfa Pənahianın II Qarabağ müharibəsi dövründə göstərdiyi xidmətlərə də toxunub. Bildirib ki, pandemiya səbəbindən fəaliyyətinə fasilə verilən klinikanın işinin bərpasından sonra cəbhə bölgəsindən gətirilən ağır yaralıların müalicəsində Vəfa Pənahian da fəal iştirak edib, mürəkkəb əməliyyatların icrasında həmkarları ilə birlikdə çalışıb. O, yubilyarın qazilərə yüksək səviyyəli tibbi xidmət göstərdiyini və müharibə dövründə xüsusi fədakarlıq nümayiş etdirdiyini qeyd edib.

 

Uzun illər Qulaq, burun və boğaz xəstəlikləri kafedrasına rəhbərlik etmiş professor Əzizağa Talışınskiy də yubilyarı təbrik edərək, onun kafedranın ənənələrinin layiqli davamçısı olduğunu bildirib.

 

Tədbirdə Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, professorlar Xaləddin Musayev, Azər Xudiyev, Ramidə Şadlinskaya, Zemfira Məmmədova, Ağa Paşayev, Paşa Musayev (Qəlbinur), Ramiz Poluxov, Elçin Əhmədov, dosentlər Rəşad Talişinskiy, Cabbar Cəlilov, Ayaz Qasımov, Ramiz Əhmədbəyli və digər həmkarlar çıxış edərək, professor Vəfa Pənahianı yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıblar.

 

Sonda yubilyar göstərilən diqqət və xoş arzulara görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub