Süni intellekt sizi zəhərləyə bilər: Göbələk yığarkən neyron şəbəkələrə etibar etməyin
05.09.2026 16:14

Süni intellekt modelləri zəhərli göbələkləri yeməli növlərlə tez-tez səhv sala bilir.

 

Aztibb.az xəbər verir ki, tədqiqatçı neyron şəbəkələrin göbələk yığımı zamanı nə dərəcədə etibarlı olduğunu yoxlamaq üçün min qırx göbələk fotosunu on səkkiz məşhur süni intellekt modelində sınaqdan keçirib. Nəticələr isə kifayət qədər narahatedici olub.

 

Ən yaxşı nəticəni “Cemini 3.8 Flash” göstərib. Model ilk cəhddə göbələkləri cəmi 65 faiz dəqiqliklə düzgün müəyyən edə bilib.

 

Həyat üçün potensial təhlükəli səhvlər zamanı isə nəticələr daha ciddi olub. Neyron şəbəkələr zəhərli göbələkləri orta hesabla 11 faiz hallarda yeməli kimi qiymətləndirib.

Bəzi modellərdə bu göstərici daha da yüksək olub. “GPT-5.6 Sol” zəhərli göbələklərin 24 faizini, “Claude Opus 5” — 29 faizini, “Qwen3.8-27B” isə 36 faizini yeməli hesab edib.

 

Mütəxəssislər şübhəli göbələkləri müəyyənləşdirmək üçün süni intellektə güvənməyi məsləhət görmürlər. Göbələk mövsümündə yalnız etibarlı mənbələrə, yoxlanılmış biliklərə və təcrübəli mütəxəssislərin rəyinə əsaslanmaq tövsiyə olunur.

 

Çünki bir göbələyi səhv tanımaq sadəcə yanlış cavab deyil - həyat üçün təhlükə yarada bilər.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə